Hmm, hmm... Mənə elə gəlir ki, planetimin hansısa bir küncündə qoca bir siçovul yaşayır. Çünki gecələr onun dişləri ilə nəyisə gəmirməsini, xırçıltı səsini eşidirəm. Sən həmin qoca siçovulu mühakimə edə bilərsən. Hərdənbir ona ölüm hökmü də verə bilərsən. Onun həyatı sənin mühakiməndən asılı olacaq. Amma hər dəfə ölüm hökmü verdikdən sonra gərək onu ba-ğışlayasan. Çünki planetdə bir dənə siçovulumuz var, gərək ona qarşı çox qəddar olmayaq.
Onda sən öz-özünü mühakimə edə bilərsən. Həyatda özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat çətindir. Əgər özünü mühakimə et məyi bacarsan, deməli, ən müdrik insansan.
Burada bir işim qalmadı. Yola düzəlmək vaxtıdır.
- Getmə, getmə, mən səni nazir təyin edəcəyəm.
- Nə naziri?
- Ədalət naziri.
- Bəs mən burada kimi mühakimə edəcəyəm?
- Hələ müəyyənləşdirməmişəm. Mən hələ krallığımı düz əməlli gəzməmişəm. Mən çox qocayam. Burada faytonla gəzməyə yer yoxdur. Piyada gəzəndə isə çox yoruluram.