Kral donquldandı, elə bil bir az da kefi pozuldu. Axı onun üçün hər şeydən vacib olan şey hökmranlığını qorumaq idi. O, itaətsizliyi qəbul edə bilməzdi. Amma əsl hökmdar olmaqla bərabər, həm də yaxşı insan olan Kral ağıllı əmrlər verirdi. Məsələn, deyirdi ki: "Əgər generala desəm ki, özünü qağayıya çevir və general özünü qağayıya çevirə bilməsə, deməli, günah onda deyil, məndədir".