Havva Taghizada

Havva Taghizada
@Avai
Arkadaşın olmadığı zamanlarda kitaplar arkadaşın olsun.
Bir dəfə mən günəşin batmağını 44 dəfə gör-müşdüm. Bilirsən, insan kədərli olanda gün batımını seyr etmək istəyir, - Balaca Şahzadə az qala pıçıltı ilə dilləndi. Bəs sən gün batımını 44 dəfə seyr etdiyin vaxt kədərli idin?
Sayfa 33 - 3 Alma·Kitabı okudu
Kitap Alıntısı
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Mən və dostlarım bu təhlükəyə bilmədən etinasız yanaşmışıq. Baobabların təhlükəsi haqqında öyrəndiklərim bu şəklin üzərində daha diqqətlə işləməyimə səbəb oldu. Bəlkə də, məndən niyə digər rəsmləri də bu rəsm qədər möhtəşəm və daha təsirli çəkmədiyimi soruşacaqsınız. Cavab çox sadədir. İndiyədək bütün rəsmlərim üzərində çox çalışmışdım. Lakin bu məsələnin necə təhlükəli və təxirəsalınmaz olmağı baobabları daha uğurlu çəkməyimə səbəb olmuşdu.
Sayfa 31 - 3 Alma·Kitabı okudu
Kitap Alıntısı
Bir dəfə Balaca Şahzadə bunu mənə belə başa saldı: Əsas odur ki, bu işi qaydaya salasan. Sən səhər tezdən üzünü yuyub, özünü qaydaya saldıqdan sonra planetinin təmizliyinə fikir verməlisən. Hər gün yeni cücərmiş baobabları kökündən çıxarmalısan. Bunu edərkən diqqətli olmalısan, çünki yeni cücərmiş baobab ağacı qızılgül kollarına çox bənzəyir. Düzdür, bir az cansıxıcı olsa da, bu çox asan bir işdir.
Sayfa 28 - 3 Alma·Kitabı okudu
Kitap Alıntısı
Beləliklə, öyrəndim ki, Balaca Şahzadənin yaşadığı planetdə də digər planetlərdəki kimi faydalı və zərərli bitkilər var. Faydalı bitkilər faydalı, zərərli bitkilər isə zərərli toxumlardan cücərir. Nədənsə onların toxumları görünmür. Bu toxumlar torpağın dərinliklərində yuxuya gediblər. Onların hər biri istənilən an oyana bilər. Əvvəlcə balaca, məsum görünən bu bitki yavaş-yavaş böyüyərək günəşə tərəf uzanır. Əgər bunlar turp, yaxud da qızılgül koludursa, heç kim ona dəymir. Amma zərərli bitkidirsə, onu tanıyan kimi tez məhv etmək lazımdır. Deməli, Balaca Şahzadənin də planetində torpağın altında zərərli toxumlar var idi və bunlar baobab bitkisinin toxumlarıdır. Baobab elə bir bitkidir ki, vaxtında aşkarlamasan, ondan canını qurtara bilməzsən. O, sürətlə çoxalır. Onun kökləri planetin hər tərəfinə yayıla bilər. Əgər planet çox kiçikdirsə, baobabların kökləri onu parçalaya bilər.
Sayfa 28 - 3 Alma·Kitabı okudu
Kitap Alıntısı
Eynilə bunun kimi, böyüklərə yaraşıqlı Balaca Şahzadəni gördüyünü, onun güldüyünü və qoyunu olmasını istədiyini deyə bilərsən. Çünki düşünürsən ki, əgər biri qoyun axtarırsa, deməli, uydurma ola bilməz. Amma böyüklərə bunu deməyin mənası yoxdur. Onlar çiyinlərini çəkəcək və səninlə uşaq kimi davranacaqlar. Amma sən onlara desən ki, Balaca Şahzadənin gəldiyi planetin adı "Asteroid B-612"dir. Onlar inanacaq və səni narahat etməyəcəklər. Bax böyüklər belədirlər. Onlardan inciməyin. Sadəcə, yaşlılara qarşı həmişə təmkinli olmağa çalışın.
Sayfa 24 - 3 Alma·Kitabı okudu
Kitap Alıntısı