Livanelinin "Serenad" əsərindən sonra oxuduğum ikinci əsəri oldu. Əsərdə cahil müsəlmanların savab qazanmaq adı altında yezidlərə zülmündən bəhs olunub. Kitabı 2 gün əvvəl bitirdiyimə baxmayaraq içimə çökən hüzursuzluq eyni pillədə israrla qalır. Həssas bir yapınız varsa kitabı tövsiyyə etmirəm. Içimdə insanlığa qalan son saygını da itirməyimə səbəb ola biləcək bir əsər oldu. Bəzi hadisələrin baş verdiyinin fərqində olmaq bizə daha çox acı verir.