Boğazacan çirkab içində olan sizlər əlinizi göylərə açıb səmadan mərhəmət diləyirsiniz. Hanı elə bir şimşək ki, xislətinizdəki naqisliyi yandırıb külə döndərsin, ruhunuzu nura bələsin.
O adamları sevirəm ki, həyatın ötəri, itəri bir şey olduğunu anlayıb, ondan beşəlli yapışmırlar.
O adamları sevirəm ki, gələcək qarşısında məsuliyyət, keçmiş qarşısında ehtiram, indinin önündə fədakarlıq duysun.
O adamları sevirəm ki, dünyaya kor gəlib, kor getməsinlər, həyatdan bir şey anlasınlar, öləndə də arxayın olsunlar ki, ruhlarını az da olsa kamilləşdirə biliblər.
Gözü-könlü tox, mənəmlik buxovundan azad adamları sevirəm...
İnsanlar bəzən nə mənasız şeylər danışırlar, – gənc düşündü. – Yalnız yeyib-içməyi bilən dilsiz qoyunlarla ünsiyyətdə olmaq daha yaxşıdır. Ya da kitab oxumaq – onlar maraqlı əhvalatları məhz sən istədiyin vaxtda danışır. Amma insanlar: onlar nəsə goplayır, sənsə oturub buna nə deyəcəyini, söhbəti necə davam etdirəcəyini bilmirsən.