O adamları sevirəm ki, həyatın ötəri, itəri bir şey olduğunu anlayıb, ondan beşəlli yapışmırlar.
O adamları sevirəm ki, gələcək qarşısında məsuliyyət, keçmiş qarşısında ehtiram, indinin önündə fədakarlıq duysun.
O adamları sevirəm ki, dünyaya kor gəlib, kor getməsinlər, həyatdan bir şey anlasınlar, öləndə də arxayın olsunlar ki, ruhlarını az da olsa kamilləşdirə biliblər.
Gözü-könlü tox, mənəmlik buxovundan azad adamları sevirəm...
Eh, Harri, öz evimizə çatmaq üçün biz nə qədər dəhşətli, mənasız yollar keçməliyik! Heç kəsimiz də yoxdur ki, bizi bu yolla aparsın. Yeganə bələdçimiz həsrətdir!..