İndi kimin yolunda, çiçəy olub solursan,
Bir vaxtı yollarında, bağ saldığım vəfasız..?
İndi kimin yolunda dayanmadan qaçırsan,
Ey sənin yollarında, tək qaldığım vəfasız..?
Söylə kimin yolunda, ölürsən, dirilirsən,
Yenə kimin qəlbini ayağına sərirsən?
Özgələrin gözündə, nəmi belə silirsən,
Ey yolunda yağış tək, ağladığım vəfasız..?
Sən naxələf çıxarsan, eyləməmişdim xəyal,
Xəyanət sənin üçün, bəlkə də ən adi hal.
İndi özgə saçlara necə çəkirsən sığal,
Ey saçının telini saxladığım vəfasız..?
F.A.✒