Mən ayrı dünyanın, ayrı cismiyəm,
Dağılmış binayam, yoxsa bəs nəyəm?Cavabsız qalmasın sualım, niyəm.
Mən tanrı deyiləm, nə yer, nə göyəm.
Günəşi görməyən bağlı zindanam,
Yaşamaq uğruna ölən insanam.
*************************************
Yenə tənha qalmışam insanlar arasında,
Gözümə çənlər düşüb, ömrümü borc almışam.
Min xəyalə dalmışam bəxtimin qarasında,
Saçıma dənlər düşüb, bax vaxtsız qocalmışam
**************************************
Tənhalıqdan buz bağlayan ürək birdə yanarmı?Ağlamaqla keçən ömrə, ömür demək olarmı?
Ümidlərim azadlığa – həsrət, məhbus qəfəsimdə;Əldən uçsa gedib özgə, yad budağa qonarmı?
Söz yazıram əbəs yerə, nədir, kim sirrin anlayar?Anlamayan görsə əgər, məni dəli sanarmı?
Gözlərim nur istəsə, çün zülmət dünyam, qaranlıqdır;Fələyin işi olmasa, gecəmə gün doğarmı?
Həyat bizi təknəsinə alıb uzağa aparır;Daş, qayaya dəyməyincə səssiz, sakit durarmı?
Öyünmə heç öz eşqinlə, sərvətinlə, varınla;Süleymana qalmayan bu dünya sənə qalarmı?