Payızın ikinci yağışı idi və bu yağış, deyesen bütün noyabr ayı yağacaqdı.Uzun illər sevgisiz və məqsədsiz şəkildə davam etdirdiyim həyatımda bu noyabr da heç nə gözləmirdim.İllər keçdikcə içdən qocalır və ümüdlərimi bir bir uşaqlıq xatirələrimə yola salırdım.