Tərcüməsi bu qədər gözəldisə,orjinalı necə di düşünə bilmirəm. Goethe sayəsində alman ədəbiyyatına marağım yarandı.
Goethe'nin oxuduğum ilk əsəridir,ilk olsa da son olmayacaq.Çünki oxuyanda ordakı cümlələrin gözəlliyi,ahəngi,mənası insanın ruhuna süzülür.
Kitabı oxuduqdan sonra Goethe haqqında bir balaca araşdırdım və öyrəndim ki, keçmişdə yazıçı dostunun nişanlısı-Charlotte adlı bir qıza aşiq olur.Hisslərin artdığını görəndə şəhəri tərk etməli olur.Məhz bu hekayədən bu kitab yazılıb.
Bu kitabın adı Rövşən Abdullaoğlunun "Relslər üzərində uzanmış adam" kitabında da keçib. Bir zamanlar Avropada yayılmış "Verter effekti"-in izah edib.
Kitabı çox sevdim,sadəcə məndən bir məsləhət aldığınız nəşriyyatada baxın