Azada Mammadzada

"God is God, He did not tell Moses whether He was good or evil; He simply said: I am. He is everything that exists under the sun - lightning bolt that destroys a house, and the hand of man that rebuilds it."
Levite
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
When you want something, all the universe conspires in helping you to achieve it.
King Melchizedek, Santiago
Puan vermedi·288 syf.·
2021 14. kitabı
Agatha Christie
8.1/10 · 3.487 okunma
10/10
·600 syf.··
Beğendi
·
2021 12. kitabı
Bu əsər haqqında çox şey demək olar. Hər şeydən əvvəl çox təsirli bir əsərdir, 19-cu əsrdə Amerikada hökm sürən quldarlıq quruluşu, zəncilərə edilən zülmlər, qul alverçilərinin və bəzi plantasiyaçıların vicdansızlığı, daşqəlbliliyi; ananı övladından, övladı anadan, əri arvadından, uşaqlarından zorla ayırıb sanki cansız bir əşya kimi auksiona çıxarıb satmaqları, istəklərinə əməl olunması üçün ölənəcən döyüb-alçaltmaları və daha nələr, nələr öz qabarıqlığı ilə bu kitabda diqqəti cəlb edir və insan qəlbinin kədərli simlərinə toxunmaya bilmir. Bundan başqa xeyirxah plantasiyaçılar da öz nəcib əməlləri ilə oxucuların qəlbini fərəhləndirir, dövrün problemlərini açıq-aşkar görür və düzəltmək hissi ilə alışıb yanırdılar. (Şelbilər, Sen-Kler və onun gözəl, ağıllı, öz yaşıdlarından kəskin fərqlənən qızı, Yeva, o ilahi mələk) Lakin bütöv əsərin ideyası təkcə zəncilərə edilən zülmlər, əzablar deyil, həqiqi bir inam və sədaqətdir, Allahın varlığına, onun qəlbləri ümidsizlikdən sönmək üzrə olanlara, aldığı fiziki və mənəvi yaralardan qovrulanlara bir məlhəm olduğuna, məzlumların sonda əbədi cənnətə, ölməzliyə, azadlığa qovuşmağına inamdır...O inam ki, Corcla Elizanı birləşdirdi və azadlığa qovuşdurdu...O inam ki, Yevanın balaca ürəyini ilahi eşqlə doldurdu və onu Allahın dərgahına apardı...O inam ki, çəkdiyi əziyyətlərə, gördüyü zülmlərə baxmayaraq Tomu heç vaxt yolundan dönməyə, Allahdan üz çevirməyə, inamından döndərə, sədaqətindən məhrum edə bilmədi... Bəli, inam onların hər birini fərqli şəkildə azadlığa qovuşdurdu.
Tom Dayının DaxmasıHarriet Beecher Stowe · Hədəf Nəşrləri · 02,325 okunma