“Bir gün Tanrı gildən insanı yaratdı və əlində bir az istifadə olunmamış gil parçası qaldı.
- Bu qalan gildən sənə nə düzəldim?- deyə insandan soruşdu.
-Xoşbəxtlik istəyirəm,- insan cavab verdi.
Tanrı bu cavabın qarşısında susdu və qalan gil parçasını insanın ovcuna qoymaqla kifayətləndi”. Dan UlduzuElçin Əzimli
Əslində, günəş batmayıb,səma da əvvəlki kimi şövqlə parlayır.. Sadəcə, mən pəncərələrimi mənfi düşüncələrlə- qərəzlə,şübhə,tərəddüd,qısqanclıq və insamsızlıq pərdələri ilə örtüb işığın düşməyinə mane olmuşam. Artıq anlayıram ki, pərdələri qaldırmaq, pəncərələri açmaq vaxtı gəlib..
Qəribədir ki, salamlaşmaq və başqalarına xoş diləklərlə müraciət etmək qədim Şərq əxlaqının vacib etiketlərindən biri olsa da, biz müasir şərqlilər tanimadığimiz insanlarla yaxınlıqdan, adətən, qaçır, başımızın salamat olması üçün belə adamlarla çox da ünsiyyətdə olmamağa çalışırıq. Deməli, ünsiyyət əxlaqını daşıyan insanlar hələ də aramızda yaşayırmış..