Kafka mənim əsərlərini xüsusi diqqətlə oxuduğum , qələminə heyranlığımı gizlətmədiyim yazıçılardan biridir.
Kafka mənə görə keçən əsrin və də bu dövrün , ümumən zaman tanımayan insan təbiətini bütün çılpaqlığı ilə göstərməyi bacaran qələmdir.
Onun əsərləri sadəcə insanın daxili böhranlarını , ağrılarını yansıtmır, eyni zamanda kapitalizmin vəhşiliyini , bürokratiyanın çürümüşlüyünü də nümayiş etdirir.
"Məhkəmə" məhz belə əsərlərdəndir.
Bir ədalət sistemi düşünün , niyə həbs olunduğunuzu bilmirsiniz....
Kafka belə bir atmosferin hakim olduğu mühitə bizi aparır və biz bir səhər yuxudan ayılan Joseph K.'nın həbs edilmə səbəbini bilmədən polislər tərəfindən götürülmək üçün evinə gəlişinə şahid oluruq.
Və proses başlayır.Kitabı oxuyursan , səhifələr səhifələri əvəz edir saatlar keçir , oxucu bir nəticə görmək istəyir necəki bir vətəndaş bürokratik problemini həll etmək üçün çalışır , çalışır fəqət bir nəticə əldə etmirsə oxucu da oxuduğu məsələdə bir son,aydınlanan bir yol görə bilmir.Yəni kitab real həyatla üst üstə düşər şəkildə irəliləyir.Təcrübəli bir oxucu üçün bu çox maraqlıdır.
Kafka çürümüş ədalət sistemini sorğulayır , ələ alır , təhlil edir və nümayiş etdirir ki,bu sistem tamamilə çürüyüb , rüşvətin oyuncağına çevrilib , işçilərinin belini büküb , onları bir təlxəyə çevrib məhv edir.
Kafka göstərir ki,bu hüquq sistemi məhv olub , yozlaşıb və yozlaşmış ədalət sisteminin içərisində hamı günahkardı , hamının bunda rolu var.
Məsələn bir bürokratın , rəssamın , din adamının , hamının.
Ortada yozlaşan sistem varsa , bu sistemdə hamı günahkardı və nəticədə hamının həyatına sirayət edir...
Niyə günahlandırıldığını , sorğulandığını,məhkəməyə çağrıldığını bilməyən və bu çürümənin içində çürüyən Joseph K. kimi suallarınıza cavab verilmədiyi və niyə ittiham olunduğunuzu