"Mutlu olmak istiyorsanız, șu gerçeklerden korkmamalı ve onlarla yüzleşmelisiniz:; ilk gerçek, daima mutsuz olduğumuz ve üzüntümüzün, acı çekmemizin ve korkmamızın bir sebebi olduğudur. İkinci gerçek de bu duyguların hiçbirini kendimizden tamamen uzaklaştıramayacağımızdı."
Une Parfaite Journée Parfaite Martin Page
Uzun müddətdir mənə belə təsir edəcək kitab oxumamışdım.
El Kızı nı oxuyarkən həm hadisələrə, həm də qəhrəmanların yaşadığı hisslərə qarışdım. Bəzi səhifələrdə qəzəbləndim, bəzilərində isə dərin bir kədər hiss etdim. Amma ən çox da Orhan Kemal ın insan ruhunu bu qədər sadə, amma təsirli ifadə etməsinə heyran qaldım.
Romanda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların həyatlarını və bir qadının bu mühit içində öz yerini tapmaq mübarizəsini təsvir edir. Əsərdə həm sevgi, həm ailə münasibətləri, həm də sosial ədalətsizlik kimi mövzulara toxunulur. Yazıçı sadə insanların gündəlik həyatını, onların daxili dünyasını və yaşadıqları ziddiyyətləri böyük bir səmimiyyətlə oxucuya çatdırır.
Kitabda ailə daxili konfliktlər sonda bir qadının həyatının məhv olmasına səbəb oldu. Bir daha şahidi oldum ki, haqsızlığa susub, göz yumanda insanın başına vurub çörəyini əlindən alırlar. Kitab tam bu ifadənin yansıması idi. Xoş oxumalar♡