Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

LEYLA

LEYLA
@Book_Lyl
Biz 3 kişiyiz. Aynadakı ben. Aklımdakı ben. Olamadığım ben.
Utandırıcı bir "ileti"
Ayy, kitabımı bu gün də bitirə bilmədim🥺🥴. Amma, kitabıma söz olsun ki, sabah onunla vidalaşacam.
Reklam
Bugün kitab oxumağa həvəsim olmadı. Heç bir səhifə də oxumamışam. Ümid edirəm ki, kitabım məndən küsməz:)😃
Bu "şah əsərimi" böyüklərə göstərdim və onlardan bu rəsmi görərkən qorxub-qorxmadıqlarını soruşdum. Onlar sualıma sualla cavab verdilər: "Bir şlyapa bizi niyə qorxutsun ki? Halbuki mən şlyapa deyil, nəhəng bir fili həzm etməkdə olan boa ilanı təsvir etmişdim.

Okur Takip Önerileri

Tümünü Gör
O, ciyərlərinə hava çəkdi, nəfəsini yarıda saxladı, dartındı və öldü.
Reklam
O həmin sözləri eşitdi və ürəyində təkrar elədi. "Ölüm qurtardı. Daha ölüm yoxdur."
- əzab-əziyyət, ölüm... Nə üçündür bu, nəyə görədir? Cavabı, izahı yoxdur...
Həyat, çoxalmaqda olan iztirablar toplusu sürətini artıra-artıra öz sonuna ən dəhşətli iztiraba doğru uçur.
Camaata görə yüksəlirdim, amma cəmiyyətin hesabına görə, hansı sürətlə yüksəlirdimsə, həmin o sürətlə də həyat uzaqlaşırdı məndən. Və budur, gəlib çatdın mənzil başına, yıxıl öl! Nə deməkdir bu? Niyə ölməliyəm? Ola bilməz. Həyat belə mənasız, belə rəzil ola bilməz. Əgər həyat, doğrudan da belə rəzil və mənasız olubsa onda ölmək, özü də əzab çəkə-çəkə ölmək nə deməkdir?
-Yaşamaq? Necə yaşamaq? - qəlbinin səsi soruşdu. -Bəli yaşamaq, əvvəl necə yaşayırdımsa,eləcə: yaxşı, gözəl. - Əvvəllər gözəl yaşamısanmı? - səs soruşdu. Və o öz gözəl həyatının ən şirin anlarını təsəvvüründə canlandırmağa başladı. Di gəl, -qəribə iş idi, - o gözəl həyatının ən yaxşı anları indi ona əvvəlki kimi şirin gəlmədi. İlk uşaqlıq xatirələrindən başqa heç biri. Orada, uşaqlıq illərindən, doğrudan, elə gözəl anlar vardı ki, əgər o çağları qayıtsaydı, həmin anları təzədən yaşamaq olardı. Lakin o gözəl anları yaşamış adamın özü yox idi indi: elə bil həmin adam özü deyildi, başqasıydı, başqa adam haqda xatirələrdi.
Reklam
...: etiraf eləməyə utansa da, bəzən uzun iztirab və məşəqqətlərdən sonra İvan İliç istəyirdi ki, kimsə ona xəstə uşaq kimi rəhm eləyibz qayğı göstərsin. Ürəyindən keçirdi ki, uşağı əzizləyib ovunduran kimi, onu da əzizləsinlər, öpüb-oxşasınlar, halına acıyıb ağlasınlar. Başa düşürdü ki, yekə kişidir, saqqalı ağarmağa başlayıb və buna görə də belə şey mümkün deyil; amma hər halda istəyirdi.
"Doğurdan da, burada, bax bu pərdəni taxmaqla həyatımla vidalaşmışam. Doğrudanmı? Necə də dəhşətli və axmaq bir iş! Bu ola bilməz! Ola bilməz, amma olub."
294 öğeden 196 ile 210 arasındakiler gösteriliyor.