Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·136 syf.··
2020 21. kitabı
🖋En sıkı yeminler bile Samandır kanın ateşinde. Şekspir haqqında, onun əsərləri haqqında çox eşitmişəm. Amma təəssüflə deyim ki, heç oxumamışdım. Və bu əsərlə başlamağı qərara aldım. Nə yaxşı ki oxudum “Fırtına”da yazıçı sevginin, vicdanın, insanların təbiətində olan hirs və aclığın öhdəsindən gəldiyini nağılvari və mifologiya qarışıq hisslərlə çox gözəl aydınlığa çıxarıb. Necə deyərlər şər deməsən xeyir gəlməz misalıdır bu əsər. Pisliyə bürünmüş bir dünyada insanın özünü, qəlbini, vicdanını təmiz saxlamaq hardasa mümkünsüz hala gəlib. Bu əsəri oxumaqla başa düşürsən ki, pisliyə yaxşılıqla cavab vermək hünər istəyir, sevgi istəyir. Mövzusundan qısaca danışsaq taxt uğruna qardaşın qardaşa etdiyi xəyanətdən gedir söhbət. Buna görə də haqsızlığa uğrayan Prospero illərlə intiqam hissi ilə yaşayır. Və bir gün haqq-hesab günü gəlir. Amma bu intiqamın sonu bizə daha doğrusunun bağışlamaq olduğunu göstərir. Yazarın özünün dediyi kimi “ceza gecikti, ancak unutulmadı”. Oxumağa dəyəcək bir kitabdır. mən çox sevdim inanıram oxuyan hər kəs sevəcək
Edebiyat
FırtınaWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 20198bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·136 syf.··
2020 21. kitabı
William Shakespeare
7.7/10 · 8bin okunma
8/10
·177 syf.··
2020 20. kitabı
🖋Gələcək haqqında düşünə bilmirəm. Nə olduğunu, nədən yarandığını bilmirəm. Bu yaşıma qədər gələcəyi fikirləşib xəyallar qururdum. Hər gün bir az daha sehrini itirən o mübhəm şeyə kifayət qədər yaxınlaşmışam. Artıq bu nöqtədə dayanmaq istəyirəm. Qadınların həyatından bəhs edən kitablara marağım bir başqadır. Çünki onların hiss etdiklərini, düşündüklırini, yaşadıqları həyatı, biz qadınlar bir hissəsini də olsa həyatımızda yaşayırıq. Fəriba Vəfinin yazdığı “Zirzəmi quşu” romanını da ona görə sevərək oxudum. Əsər demək olar əksər qadınların gündəlik həyatında baş verən həqiqətləri əks etdirir. Roman, adsız bir qadının monoton ailə həyatından bəhs edir. İki uşağı olan 35 yaşlı qadının düşüncələrini, hisslərini, qayğısızlığını, susqunluğunu oxuyacaqsız bu romanda. Uşaqlığında belə öz anasının, atasının qayğıları, problemləri ilə böyüyən bu qızcığaz,ailə qurandan sonra belə yenə də ailə istisinə, ər qayğısına möhtacdı. Təsəvvür edin ər dediyiniz insan sənə “sənin qarnın böyükdür”, “qolların ətlidir” deyir və səni görünüşün ilə sözlərlə əzir. Özünüzü o qadının yerində təsəvvür etdiniz?? Hətta orda belə bir cümlə var “Arvadına “ehey” deyə çağıran bir adam niyə də ölməsin?” O qədər incə ruha sahibdir ki, bu ana hətta, öz hisslərini heç kimə birüzə verə bilmir. İçində boğula-boğula yaşayır, ancaq uşaqların qayğısı ilə məşqul olur. Özünün qadın kimi həyatda heç bir istəyinə çata bilməyən, öz-özünə məhkum olan, susqunluğu ilə özünə yad olan bu qadının həyatını oxuyun. Kitabın sonunda roman haqqında kiçik təhlilin olması çox xoşuma gəldi. Sonda isə arxa qapaqda yazılan Mustafa Məsturun fikirlərini yazmaq istəyirəm. “Zirzəmi quşu”nu düşünürəm ki, hamı oxumalıdır. Gərək bu kitabı
Edebiyat
Zirzəmi QuşuFeriba Vefi · Parlaq İmzalar · 2002230 okunma
Puan vermedi·348 syf.··
2020 19. kitabı
Bizə vacib olan sağlamlıqdır. Beynimiz, ürəyimiz və s. sağlam olmalıdır ki, özümüzü idarə edə bilək. Sağlığın yerindədirsə istədiyin hər şeyi edə bilərsən. Amma elə xəstəliklər var ki, sən özünü nə qədər qoruyursan qoru ondan can qurtarmaq olmur. Məsələn yaddaş pozqunluğu. Elə bu əsər də insanın sağlığının nə qədər önəmli olduğunu düşündürən romanlardan oldu mənimçün. Roman 50 yaşında olan Elisin erkən Altsheymer xəstəliyinə tutulması və həyatının inanılmaz dərəcədə dəyişməsi haqqındadır. Bu xəstəlik daha çox 65 yaşdan sonra özünü birüzə verir və müalicəsi olmayan xəstəlikdir. Çox nadir hallarda isə erkən yaşlarda bu xəstəliyə tutulma halları da ola bilər. Çox təəssüf ki, Elis də bu nadir halın qurbanı olur. İnsan ağlını, yaddaşını itirərsə, nələrin baş verəcəyini yəqin hamımız bilirik. Çünki yaddaşımız demək olar,bizi idarə edən əsas amildir. Biz hər şeyi, yaşanmışlarımızı, ora həkk edirik. Amma bu xəstəlik elə bir xəstəlikdir ki, zamanla bütün xatirələri, yaşanmışları səndən alır. Həm fiziki, həm mənəvi insanı çökdürür. Beyin artıq özünü idarə edə bilmir. Belə olduqda da yaşamaq çətinləşir. Buna baxmayaraq Elisin bu xəstəliklə mücadələsi, özünə güvəni, uşaqlarının, ərinin (bəzi hallarda yorulsa da)onu hər halında dəstəkləməsi ona mənəvi dəstək idi. Çox yazmaq istəmirəm. Maraqlı və bir o qədər də həssas mövzusu olan romandır. Ona görə oxumağınızı tövsiyyə edirəm xoş mütaliələr.
Edebiyat
Elə Həmin ElisLisa Genova · Yay Kitab · 2019154 okunma