Hem safdil kadın, hem de içgüdüleri zedelenmiş kadın için tedavi aynıdır; Sezgilerinizi, içsel sesinizi dinleme alıştırması yapın; sorular sorun; merak edin; gördüklerinize bakın; duyduklarınıza kulak verin; sonra da doğru bildiğiniz şeye göre davranın. Bu içgüdsel güçler ruhunuza doğuştan kazınmışdır. Yılların külü ve artığıyla örtülmüş olsalar bile, bu, dünyanın sonu değildir, çünki yıkanıp temizlenmeleri mümkündür.
Və o ağlayırdı.
İdarə edə bilmədiyi həyatı üçün ağlayırdı.
İllərin ürəyində yığdığı yalnızlıq üçün ağlayırdı.
Amma ən başlıcası, gələcəyi üçün ağlayırdı... anidən qeyri-müəyyənliyə yuvarlanan gələcəyi üçün.
Bu gün Salam Qədirzadənin “Qış gecəsi” romanından yazmaq istəyirəm. O qədər maraqlı sujet xətti var ki, bəyənməmək mümkün deyil.
Bəzi kitablar var ki, real həyatın tam özüdür. Oxuduqca, o real hadisələrin şahidinə çevrilirsən. Xoş olmayan acı reallıqları görürsən. Elə “qış gecəsi” də o kitablardan idi.
Roman sovet dövründə yazılıb. Ona görə o dövrün bəzi qayda-qanunları, ideologiyası bu kitabda özünü göstərir.
Yeniyetmə gəncin həyatından bəhs edir. İlk səhifələrdə Ceyranın gözlərinin gözəlliyindən bəhs edilir. Sonra isə “qırmızı kirəmitli evdə” baş verən hadisələri oxuyuruq.
Adilin həyatı uşaqlıqdan gətirməyib. Anası öləndən sonra atası ikinci dəfə evlənir. Bu qadının gəlişi ilə “qırmızı kirəmitli evdə” hər şey dəyişir, Adilin həyatı alt-üst olur. Adil sevgisindən, atasından, doğma evindən, uzaq düşür. Və bir də övladına laqeyd qalan ata məni təəccübləndirdi. Sanki arvad bu, ər isə Diləfruz idi. O evdə yalnız onun sözü keçə bilərdi. Bir də heç atalıq hissini yaşamayan Saleh müəllim var idi ki, Adilə elə əsl ata qayğısı ilə yanaşırdı.
Elə ən çox əsəb keçirdiyim obraz da Diləfruz oldu. Elə bil mələk cildində şeytandır. Yazar necə bir qadın yaradıbsa heç rəhm hissi verməyib ona. Amma sonluq çox əla bitdi. Çox da yazmaq istəmirəm. Daha yaxşı olar siz də bu əsəri oxuyun