Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
7/10
·206 syf.··
2020 17. kitabı
Stephenle “Yaşıl Mil” əsəri ilə tanış olmuşdum və çox sevmişdim o əsəri. Amma bu kitabı çox bəyəndiyimi deyə bilməyəcəm. “Göz” Stephen Kingin ilk yazdığı kitabdır. Dili çox sadə və axıcıdır. Mövzu baxımından qorxulu adlandırılsa da qorxu hiss etmədim sadəcə olaraq bir az psixoloji təsir edir. Nədən bəhs etdiyinə gəlincə, özəl gücü olan Carrie qızımızın həyatında baş verən dəhşət verici hadisələrdən gedir söhbət. Əslində bu güc Telekinetik adlanan xəstəlikdir ki, bu da çox güclü depressivlik yaşayan, daim incidilən insanlarda baş verir. O anda bu güc vasitəsilə onlar hər şeyi, hətta özünü də məhv edə bilərlər. Carrie White da uşaqlıqdan ətrafı tərəfindən qəbul edilməyən, hər zaman lağ edilən, heç dostu olmayan, incidilən yeniyetmə qızdır. Oxuduğu məktəbdə bir gün elə bir hadisə baş verir ki, bu onun həyatında bəlkə də ən yıxıcı an idi. Elə bu səbəbdən 3 yaşından sonra itirdiyi gücü yenidən qayıtmışdı. Sarsılmışdı, utanmışdı. Dinləyəni, anlayanı yox idi. Hətta ən başda da psixopat anası gəlir. Bu qadın doğrudan da necə deyərlər manyak çıxdı. Dinə olan bağlılığı deyərdim xəstəlik həddinə çatmışdır. Onun üçün yaşadığı hər şey günahdır. Hətta uşaq dünyaya gətirmək, duş almaq belə. Onun Carrieyə etdiyi əziyyətləri, ağılalmaz işgəncələri Stephen elə yazıb yaradıb ki, oxuduqca əsəb təlatümü keçirməmək mümkün deyil. Bu qədər acımasız davranışlara baxmayaraq Carrie yenə də ətrafına uyğunlaşmağa çalışır. Təsəvvür edin kimsə səni sevmir, ancaq nifrət, kin, qəddarlıq edirlər sənə qarşı. Bunun psixoloji travmalara yol daçıdığını da düşünün. Və bütün bunlar 16 yaşlı qızın başına gəlir. Amma sonu gözlədiyim kimi bitdi. Kitabı bağlayanda “hər kəs öz cəzasını lazımınca aldı” dedim.
Edebiyat
GözStephen King · Altın Kitaplar · 20238,2bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
7/10
·206 syf.··
2020 17. kitabı
Stephen King
7.7/10 · 8,2bin okunma
Hem başarılı hem de zarif olmak ama bunlarla gösteriş yapıp coşmamak çok güzel bir şey.
Sayfa 99·Kitabı okudu
Edebiyat
10/10
·512 syf.··
2020 16. kitabı
Viktor Hüqo ən çox sevdiyim yazarlardan biridir. Hüqonu onun Şah əsəri olan Səfillər romanı ilə tanıyıb sevmişəm. Bu dəfə də Səfillərdən öncə yazılmış “Paris Notr-Dam kilsəsi” əsərini oxuyub bitirdim. Tək kəlimə ilə mükəmməl əsər. Hüqonun 1831-ci ildə yazıb ərsəyə gətirdiyi bu əsər bu gün də, öz zirvəsini qoruyub saxlamaqdadır. Onun hər bir əsəri mənə görə insanlara həyat dərsidir. Roman əsasında həmçinin bir neçə film, opera, animasiya və teatr tamaşaları da çəkilmişdir. Bu kilsəyə bəzən də “Paris Məryəm ana kilsəsi” də deyirlər. Qotik üslübda inşa edilmiş Notr-Dam kilsəsi Fransanın əsas simvolu hesab olunur. (Çox təəssüf ki, keçən il kilsə yanaraq məhv olmuşdur). XIX əsrdə bu kilsəni baxımsızlığına görə sökmək istəyiblər. Ancaq V.Hüqonun bu romanından sonra, Notr-Dam kilsəsinə baxış bucağı dəyişmiş, onun təmir olunmasında böyük rol oynamışdır. Roman xalqa bir mesaj idi. Roman yazıldığı dövrlərdə o qədər populyar olub ki, xalqın, ictimaiyyətin marağını özünə cəlb edə bilmişdir. Bütün hadisələr XI Lüdoviq dövründə, Paris Notr-Dam kilsəsində baş verir. Əsər on bir bölümdən ibarətdir. Notr-Dam haqqında, abidələri, şəhərin tarixi haqqında ümumi mənzərə incəliyinə qədər təsvir olunsa da, həddən artıq uzadılsa da, darıxdırcı olmadı. Yazar yenə də digər əsərlərində olduğu kimi, burada da Fransanın o dövrdəki qarmaqarışıqlığına, ədalətsizliyinə, məhkəmələrdə baş verən haqsızlıqlara, ölüm cəzasının ağırlığına, haqsızlıq qarşısında acizliyə, cəmiyyətin laqeyidsizliyinə və bu kimi digər məsələlərə toxunub. Əsərin baş qəhramanları gözəlliyi ilə hər kəsi məftun eden qaraçı qızı Esmeralda və Qvazimodo olsalar da , məncə ordakı hər bir obraz baş qəhrəmandır. Çünki baş verən hadisələr hər kəsi əhatə edir. Bu elə bir
Edebiyat
Paris Notr-Dam KilsəsiVictor Hugo · Qanun Nəşriyyatı · 201642,2bin okunma
10/10
·512 syf.··
2020 16. kitabı
Victor Hugo
8.5/10 · 42,2bin okunma