Tolstoyun qızıl qələminin yaratdığı şahəsəri olan “Anna Karenina” demək olar kitab qurdlarının çoxsunun oxuduğu əsər. Hətta oxumayan hər kəs belə Anna haqqında az-çox bilir. Bir şeyi qeyd edim ki, bu əsər hər yaşda oxunulacaq əsərlərdən də deyil. Yəni 18-20 yaşın kitabı deyil. Bu mənim fikrimdir bəlkə də razılaşmayanlar olacaq. Amma oxumadan da ölməyin :)
Romanın mövzusu, Annanın düzgün olmayan, cəmiyyət tərəfindən qınanılan qadağan olunmuş məhəbbətini əhatə edir. Bu sevgi evli bir qadınla, gənc və subay olan Vronskinin hüsran dolu hekayəsidir. Anna nə istəyirdi axı? Evi, ailəsi, övladı olan qadın niyə xoşbəxt olmasın? Çünki sevgisizdi. Özünə görə doğruları olan bu qadının sevgiyə aclığı onu daxilən yorurdu. Qadın kimi sevilmək, qayğıya ehtiyyacı var idi. Vronskiylə tanışlıqdan sonra o sevgini tapmışdı. Yeni həyat qurmaq ümidi ilə yenidən həyata atılmışdı. Amma bu düzgün olmayan, mümkünsüz münasibətdi. Anna sevib sevilsə də yenə də istədiyi xoşbətliyə əli çatmırdı. Çünki artıq ona qarşı olan davranışlar dəyişmişdi. O, artıq “ərini aldadan qadın” idi. Əxlaq anlayışına düzgün gəlməyən bir sevgi idi bu. Qınaqlar bitib tükənmirdi. Anna vecinə almasa da bu münasibəti, lakin sonralar artıq təsir edirdi ona. Mən özüm də oxuduqca Annaya gah əsəbləşsəm də, gah başa düşə bilməsəm də, ancaq qınamadım. Çünki qınamaq özü belə mənimçün əxlaqsızlıqdır. Axı heç kim deyə bilməz “bu gəlməz mənim başıma”. Anna da səhv etmişdi. İnsan bəzən elə səhvlər edir ki, ömrünün sonuna kimi nəticələrindən yaxa qurtara bilmir. İçində yaratdığı bu Anna da onu uçuruma sürükləsə də qadın sevirdi. Elə sevgi ki, özünü Vronskisiz təsəvvür edə bilmir, Kaprizləri, qısqanclığı bəzən dözülməz olurdu. Seçdiyi bu həyata görə də ağır bədəllər ödəməyinə baxmayaraq yenə də cəsarətindən dönmürdü. Bəlkə də boşana