Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
Puan vermedi·216 syf.··
2022 5. kitabı
·
5 günde okudu
·
Okunma: 16 Şubat 2022 21:46
Empedoklesin dostları Amin Maaloufun son yazdığı əsərdir. Sözün açığı, bu yazıçıya qarşı “Səmərqənd” əsərindən sonra bir az önyarğılı idim. Ancaq, bu kitabı ilə önyarğımı aşdım. Təkrardan oxumağı qərara almışam digər əsərini. “Empedoklesin dostları” kimdir? Onlar dünyanı nüvə müharibələrindən, düşmən hesab etdikləri ölümdən insanları xilas etmək üçün gələn insanlardır. Bu əsərdə hadisələr Atlantik okeanı yaxınlığında balaca bir adada cərəyan edir. Bu adanın isə bir-birini tanımayan iki sakini var. Biri rəssam Alec, digəri isə yazıçı qadın Eve. Bu iki insan bir gün təsadüf nəticəsində qarşılaşırlar və baş verən hadisələr onlara da təsirsiz ötüşmür. Biz bütün hadisələri Alexin tutduğu gündəlik sayəsində oxumuş oluruq. “Empedoklesin dostları” gələcəyə yönəlmiş və distopik əsərdir. Dünya artıq dözülməz bir məkana çevrilib. Nüvə savaşları, insanlığın yox oluşu, xəstəliklərin yayıldığı və təbiətin zərər gördüyü bu dünyanı xilas etmək lazımdır. İnsnaların kibri təbiəti məhvə doğru aparır. Empedoklesin dostları isə gözlənilməz olaraq bu hadisələrin qarşısını almaq üçün dünyanın müxtəlif bölgələrinə göndəriliblər. Eyni zamanda, bu adada da onların öhdəlikləri insanları, nüvə partlamalarının qarşısını almaqla qorumaq və yayılan ölümcül xəstəliklərin qarşısını almaqdır. Hətta onlar ölmüş insanları belə dirildə bilirlər. Amma ölümün qarşısı alınarsa o zaman bu dünyanın halı daha da pisləşməzmi? ‍️ “Empedoklesin dostları” gələcəyə yönəlmiş və distopik əsərdir. Mənə görə, oxunması maraqlı və bir o qədər də rahat oxunulan kitabdır. Ən maraqlısı isə əsəri Amin Maalouf Covid 19 virusunun dünyanı cənginə aldığı bir vaxtda yazır və Amerika nədənsə bu əsərdə nüvə terrorunun mərkəzindədir)))hər şey Amerikanın ətrafında dönür. Oxuyun, oxutdurun. Çox gözəl cümlələrə rast gələcəksiz bu
Edebiyat
Empedokles'in DostlarıAmin Maalouf · Yapı Kredi Yayınları · 20216,6bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
9/10
·280 syf.·
3 günde okudu
·
Okunma: 20 Şubat 2022 17:34
·
2022 7. kitabı
Cengiz Abdullayev
7/10 · 96 okunma

Təbəssüm Mustafaeva

, 2022 okuma hedefini güncelledi.
Hər il müəyyən hədəf qoyuram, amma hədəfdən az oxuyuram. Bu il bəlkə, alındıra biləcəm deyə ümid edirəm️
2022 OKUMA HEDEFİ
33/35 kitap - %94 tamamlandı
33 kitap okudu
35 kitap
9,8bin sayfa
5 inceleme
123 alıntı
Cemal Süreyya
Öyle büyümüş ki içimizdeki yalnızlık sevilmeyi beklerken, beklemeyi sevmişiz.
Hayat