Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
Fikirlər dəyişir, şəxsiyyət formalaşır. Sənə “İnsanlar” kitabımdakı öz sözümdən bir sitat gətirim: “İnsan zehni bir kəhkəşandır. İşıqdan çox qaranlığa meyillənir. Amma onu hərəkət etdirən də işıqdır. Hətta qaranlıq səni tamamən bürüsə belə, canına qıyma. Unutma ki, həyat heç vaxt rəvan olmur. Zaman isə bir fəzadır. Sən bu fəzada süzürsən. Hələlik qaranlıqdasan, amma işığa qovuşacağın anı gözlə".
Sayfa 114·Kitabı okudu
Psikoloji
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
İnsanları danışmağa, dinləməyə həvəsləndirin. Dialoqa can atın. Söhbətə qoşulmaq istəyən adamları axtarın. Bunu dönə-dönə təkrar edin. Unutmayın, depressiya sizin istəyinizlə olan və ya utanmalı bir şey deyil, bu bir insanlıq halıdır. Qız, oğlan, qadın, kişi, ağdərili, qaradərili, homoseksual, hetereseksual, kasıb, varlı – kim olursa - olsun, insanın yaşadığı bir acı təcrübədir. Depressiyanın yaratdığı adam sən deyilsən, sadəcə, başına gələn bəlanın içindəsən. Bunu danışmaqla aşa bilərsən. Söz, rahatlıq, dəstək... Bax, lazım olanlar budur! Harada ki söhbət mövcuddur , deməli , ümid də var .
Sayfa 71·Kitabı okudu
Psikoloji
Pis günlər bir-birinə bənzəmir. Bu gün dəhşətli görünən, çəkilməz olan pis gün sabah faydalı ola bilər.
Sayfa 55·Kitabı okudu
Psikoloji
10/10
·100 syf.··
Beğendi
·
2021 16. kitabı
Salam #allahsızlarşəhəri adına görə məndə mənfi düşüncələr yaratsa da, oxumağa başlayanda yanıldığımı gördüm. Ona görə siz də belə fikirləşirsizsə qəti şəkildə o düşüncələrdən daşının. Tam fərqli və maraqlı mövzusu var. Bu kitab, hər birimizin içində daşıdığımız hisslərdən və onların mübarizəsindən bəhs edir. İstər xəyanət olsun, istər yalan, ağıl, xəcalət, şəhvət, istərsə də sevgi, həqiqət, ədalət. Kitabı oxuyan əminəm ki, özünü görəcək, özünə suallar verəcək. Hər birimiz özümüzü yaxşı sanırıq, hər zaman həqiqət axtarırıq, vicdanlıyıq deyirik. Amma heç düşünmüsünüz ki, həqiqətə qaçdıqca yalanlarla özümüzü ovudub həqiqət hesab eləmişik. Çünki yalan insanlara şirin gəlir, həqiqəti görsələr həyatları dəyişəcək. Ona görə onu qəbul etmək çətin gəlir bizə. Bəzi hisslər var ki, həyatımızı o hisslərə qurban verib zəhərə döndəririk hər şeyi. Halbuki acı həqiqət olmuş olsa belə qəbul edib yaşasaq, vicdanımızı təmiz saxlasaq, yalan şirin olsa belə uymasaq həyatımız nə qədər xoş düzəndə gedər. Mən çox maraqla oxudum və ən çox sevdiyim məqam isə aktyorlarımıza da kitabda yer verilib. Kiçik həcmli olmasına baxmayaraq, reallığı əks etdirdiyinə görə hər səhifəsi düşündürür. Əminəm ki, “Allahsızlar şəhəri”ni oxuduqdan sonra özünüzdə yaxşı yöndə dəyişəcəyiniz çox şey olacaq. Oxuyun və oxutdurun ki, kitablarla həqiqətlərə çataq.
Hayat
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020230 okunma
10/10
·100 syf.··
Beğendi
·
2021 16. kitabı
Uraqan
8.9/10 · 230 okunma