Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·512 syf.··
Beğendi
·
9 günde okudu
·
2021 12. kitabı
İsmayıl Şıxlı
9/10 · 1.111 okunma
Reklam
Xəyal olmasa, adamın qüssədən ürəyi partlayar.
Sayfa 428·Kitabı okudu
Elm dediyin işıq kimi bir şeydir, çoxaldıqa qaranlığın ömrü azalır, adamın gözünə nur gəlir.
..elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri də at belində gəzir.
8/10
·600 syf.··
2021 11. kitabı
·
16 günde okudu
·
Okunma: 16 Nisan 2021 18:55
Kaputt parçalanmış, məhv olmuş deməkdir. Parça-parça olmuş həyatlar. Malaparte həm diplomat, həm yazıçı, həm də jurnalist kimi fəaliyyət göstərib. Hətta ilk öncələr Hitler, Mussolini tərəfində olub. Amma həqiqətləri gördükcə uzaqlaşmağa başladı və bəzi səbəblərdən dolayı onu həbs etmişdilər. O, həm birinci dünya müharibəsinin, həm də ikinci dünya müharibəsinin iştirakçısı olub. Kaputt ikinci dünya müharibəsindən bəhs edir. Malaparte bütün bu yaşanmışların canlı şahidi olub. Və yaşadığı, gördüyü nə varsa qələmə almışdır. Hətta yazıları itməsin deyə onları paltosunun astarının içinə iynəliyirmiş. Amma sonra Laplandiyada ağır xəstələnir və əlyazmalarını özü ilə İtaliyaya apara bilmir. Buna baxmayaraq əlyazmaları sonralar diplomat dostlarının sayəsində ona çatdırılır. Mussolini devriləndən sonra isə artıq kitabını nəşr elətdirir. Kaputt dəhşətlərlə dolu olan kitabdır. 1940-45-ci illərdə ikinci dünya müharibəsində Avropa ölkələrinin başına gələnlər, insanların hansı faciələrlə üzləşdiyini qələmə alınıb. Bu müharibədə hər şey məhv olub. İnsanlıq məhv olub, həyat məhv olub, yaşanmışlar məhv olub. Görə biləcəyiniz, hiss edə biləcəyiniz hər şey məhv olub. Müharibənin iyrənclikləri, Hitlerin müsibətlər yaşatması, Yəhudilərin soyqırımı, heyvanlara edilən zülmlər, aclıqdan, susuzluqdan əsgərlərin bir-birini yeməsi, təcavüzə uğrayan qızlar, bir sözlə müharibənin parçaladığı həyatlar və bunları deyə-gülə, sevinclə danışan və əməllərinə haqq qazandıran Almanlar. Bütün bunları oxuyarkən dəhşətə düşürüksə, bir də o dövrü canlı yaşayanları düşünə bilmirəm. Ümid edirəm tarix bir daha bu zalimlikləri yaşamayacaq.
Tarih
KaputtCurzio Malaparte · Can Yayınları · 2014201 okunma
Reklam