Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
Gənclik qəlbinin sirlərini məgər axıra qədər başa düşmək olurmu? Orada cücərən meyillərin, parıldayan qığılcımların, kül altında qalmış söz kimi işıldayıb sönən arzuların sayını-hesabını bilmək, hansının alovlanıb parıldayacağını, hansının vaxtsız sönəcəyini əvvəlcədən demək olurmu?!
Hayat
Reklam
10/10
·96 syf.··
Beğendi
·
2021 10. kitabı
Rus klassikasından oxuduğum yenə möhtəşəm bir kitab. Çexova görə bu pyes gülməli komediya janrında yazılsa da, teatr sənətinin ustaları onu dərin bir dram kimi qəbul ediblər. Pyesin başlanğıcı ağacların çiçək açdığı, yazın təravətinin, gözəlliyinin baş qaldırdığı vaxta təsadüf edir. May ayına. Ancaq sonra yavaş-yavaş mənzərə dəyişir, solğunlaşmağa başlayır. Bahar və canlanmış həyat... sonra baharda qışın çovğunu, rəngsiz, solmuş, bozarmış həyatlar.. iki paralel həyat. “Albalı bağı” zadəgan bir ailənin borclarına görə mülkünü satmasından, müflisləşməsindən gedir. Bu mülk Qayev ailəsinin həyatı idi və birdən o həyat bitir, yaşanmışlar, ümidlər, arzuları, xatirələri bitir. Obrazları müqayisə etsək, hər biri ziddiyətli, fikirləri qarmaqarışıq, həyatdan nəsiblərini almış insanlardır. Lopaxinin həyatı mənə daha maraqlı gəldi, nəinki digərləri. Çünki təşəbbüskardır, əzimlidir. Çalışqanlığı və fədakarlığı ilə Lopaxin həyatda çox şey qazana bildi. Yazıçı əslində, Lopaxin surəti ilə Rusiyanın parlaq gələcəyini təsəvvür edib. Qayevlər isə iradəsiz, pulun dəyərini bilməyən, necə gəldi, hara gəldi xərcləyən, axmaq insanlardır. Heç bir şey üçün səy göstərmədən yaşayırdılar. Tələbə Trofimova görə isə “insan əgər yaxşı yaşamaq istəyirsə çoxlu işləməlidir”. Yaşa obrazının xarakteri, sözləri isə məni əsəb elədi. Özü həyatda heç nə əldə edə bilməyib, amma insanlara qarşı pis fikirləri, hər şeyə gülməsi məni bezdirdi. Əsas da Trofimovla Lopaxinin Dialoqları çox maraqlı idi. Hər kəsə xoş mütaliələr. Oxuyun, oxutdurun.
1000Kitap
Albalı BağıAnton Çehov · Qanun Nəşriyyatı · 201821,2bin okunma
10/10
·96 syf.··
Beğendi
·
2021 10. kitabı
Anton Çehov
6.6/10 · 21,2bin okunma
10/10
·208 syf.··
Beğendi
·
2021 9. kitabı
·
5 günde okudu
·
Okunma: 05 Nisan 2021 19:47
Ray Bradbury-dən ilk dəfədir ki, oxuyuram və bundan sonra hər kitab alış - verişimdə mütləq bir Bradbury olacaq. Çünki “Fahrenheit 451” o qədər gözəl yazılıb ki, hələ də onun təsirindəyəm. Bradbury özü ali təhsil ala bilməsə də, qeyd edir ki, “həyatımı kitabxanalarda keçirtdim, kitabxanalar evim kimi idi”. Kitab sevgisi o qədər böyük olub ki, belə gözəl əsər ərsəyə gətirib. Siz də oxuyun, əminəm sevəcəksiz, hətta kitab oxumağa yeni başlayanlar varsa bu kitabdan da başlaya bilər. Kitablar mənim üçün dəryalardır. Oxuyuram, öyrənirəm, o dünyalara ayaq basıram, yaşayıram, düşünürəm.. kitablara çox bağlıyam. Balaca kitabxanam var və ayda ən azı 2-3 dəfə o kitabları yerini dəyişirəm, övladım kimi baxıram onlara, təsəvvür eləmək istəmirəm ki, nə vaxtsa kimsə onlara qadağa qoyacaq oxumağa və yandıracaq. Yəqin göz yaşım qurumaz. Distopik və bilim-qurğu janrında yazılmış “Fahrenheit 451” bir kağızın hansı dərəcədə yanması mənasındadır. Ray Bradbury bu əsəri bir neçə gün ərzində yazmış olsa da ən çox oxunulan kitablardandır. Nə yaxşı ki, mən də oxumuş oldum. Kitab 1950-ci illərdə nəşr edilmiş olsa da bu günümüz yazılıb elə bil. Hətta daha irəli gedib 2020-lərdən də irəli. Bu bir yanğınsöndürənin hekayəsdir. Təsəvvür edin elə bir zaman gəlir ki, texnologiya ağlımıza gətirə bilmədiyimiz dərəcədə inkişaf edib, insanlar ancaq televiziyaya, boş-boş şoulara yönəlib və kitabxanalar boş, məktəblər yox, kitab oxumaq isə qadağandır. Yanğınsöndürənlər artıq evləri, binaları söndürmür, əksinə əlinə keçən bütün kitabları yandırır, hətta evləri ilə birlikdə. Kitabsız bir həyat və yalnız bomboş beyinlər var. Çünki sən oxusan düşünəcəksən, öyrənəcəksən, özündən sonra gələnlərə mirasın olacaq. Beynində kitablarla gəzəcəksən, yazarlarla danışacaqsan, insanlarla empati quracaqsan. Faydaları o
Bilim-Kurgu
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,4bin okunma
10/10
·208 syf.··
Beğendi
·
5 günde okudu
·
2021 9. kitabı
Ray Bradbury
7.6/10 · 108,4bin okunma