Məgər siz görmədinizmi ki, onun baxışları nə qədər sərtdir? Axı o qız heç bir zaman başqalarının qanadları altında yaşamamışdır. O qız həmişə özü öz qayğısına qalmalıdır, qız öz-özünü düşündükdə və özü öz qayğısına qaldıqda isə onun bu cür, məsələn...sizinki kimi mehriban, həlim baxşıları ola bilməz.
İstərdim, ətrafımda kitablar, tablolar və hər cür qəşəng şeylər olsun, adamalar da sakit və yavaşdan danışsınlar, təmiz geyinsinlər, onların fikirləri də saf, aydın olsun