Dostoyevsky

Dostoyevsky
@Books_moscow
13 okur puanı
Ocak 2025 tarihinde katıldı
9/10
·128 syf.··
2025 27. kitabı
Mən bu kitabı oxumağa sərf etdiyim vaxta görə heç də məyus olmuram. Kitab mənim vaxtıma dəyərdi. Ortalarını oxuyarkən bir az mənə maraqsız gəlmişdi, ona görə 1 ulduz kəsmişəm. Amma bu kitab mənim şahmata olan marağımı artırdı. Zənnimcə, kitabı oxumağa dəyər. Tövsiyə edirəm.
ŞahmatStefan Zweig · Parlaq İmzalar Nəşriyyatı · 2020279,1bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
"Ölülər"
Puan vermedi·96 syf.··
2025 24. kitabı
·
2 saatte okudu
·
Okunma: 23 Mayıs 2025 21:21
Möhtəşəm əsər. Gec başladım, 26-cı səhifədən davam edərkən özümü oxumaqdan saxlaya bilmədim. Əsəri 2 saatdan çox vaxta bitirmişəm, lakin... İnsanların hər şeyə inanması, əsl ölülərin öz qəbirlərində sakitcə yatması, yer üzündə gəzən insanların "ölülər" adlandırılması...Dərin mənalı və axıcı bir əsərdir, hisslərin və sözlərin incə detallarla yazılması bunu daha yaxşılaşdırır. Ölülər , qısa amma əla bir əsərdir.
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,270 okunma
Beş balaca donuz.
Puan vermedi·250 syf.··
2025 21. kitabı
·
4 günde okudu
·
Okunma: 30 Mart 2025 14:17
Agatha Christie böyük bir əsər yazıb. Beş balaca donuz , Bəs mən bu kitabı nə üçün belə sevdim? Bu əsər, belə başlayır. (Spoiler içərir, kitabı oxumadan əvvəl baxmayın!) Bir qadın Puaronun yanına gəlir, ondan 16 il əvvəl olmuş bir cinayətin üstünü açmasını istəyir. Bəs bu qadın nə üçün bunu istəyir? O, indi 20 yaşında idi. Və cinayət olan zaman onun 4 yaşı vardı. O, nəyi xatırlayırdı? 21 yaşında olanda evlənəcəkdi, və o evlənəcəyi kişinin ona pis baxmasını istəmirdi. İndi deyəcəksiniz, necə yəni pis? Əslində 16 il əvvəl işlənmiş o cinayətin onun anası ilə bir bağlantısı vardı. Daha doğrusu, bu cinayəti onun anasının törədildiyi iddia edilib. Onun anası həyatının qalan ilini artıq bir həbsxanada keçirəcəkdi. Amma o qız bunu haradan bilərdi? 4 yaşı vardı və başqa bir qadın ona baxmalı idi. Bu qadının adı, Karla Lemarşan, daha doğrusu Karolina Krale olmuşdur. O Puarodan belə bir şeyi istəmişdi, çünki o bilirdi ki, anası qatil deyil. Anası ölmədən əvvəl ona bir məktub yazmışdı. Və bu onun qatil olmadığının sübutu idi. Hər halda Karla Lemarşana görə. Bu kitabın dəvamı qaranlıq keçir, çətin məqamlara toxunur. O deyilsə, kim idi? 5 nəfər ola bilərdi, onun xalası-balaca bir qız(Anjela Uorren), xalasının baxıcısı, gənc bir qız, Filip Bleyk və Meredit Bleyk. Bunlardan kim qatil ola bilərdi? Sonda, daha doğrusu sona yaxın, qatilin adı çəkilir. Lakin, bu əsil qatil olmur. Həmin adamın qatil olmadığı sonladan Puaro tərəfindən açıqlanır. Onun qatil ola bilməsi haqqında çoxlu dəlil vardı. Lakin əsil qatil sonda, hissiz bir insan olaraq, hərkəsin qarşısında özünü açığa çıxartmağa belə çalışmayaraq Puaronun sözlərini təsdiqləyir, və ortadan yox olur. Qısa olaraq bu əsər məndə maraq oyatdı. Aqata Kristinin qızıl əsərlərindən biridir bu əsər.
Beş balaca donuzAgatha Christie · Qanun Nəşriyyatı · 04,025 okunma
Puan vermedi·160 syf.··
2025 16. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Şubat 2025 15:42
Hector Malot əla bir kitab yazıb. Bu mənim ən sevdiyim kitablardan biridir. Bu kitabda hadisələrin qarışıqlığı və macəralı olması məni çox heyecanlandırdı. Əla bir kitabdır. Neçə vaxtdır belə bir kitab axtarırdım, artıq arzuma yetişmişəm.
KimsəsizHector Malot · Libra Kitab · 0743 okunma
Fyodor dostoevsky.
Puan vermedi
Bu kitab, Fyodor dostoevsky - Rus yazıçısının yazdığı bir kitabdır. Bu kitab mənim fikrimdə canlandıqca, mən fikirlərə gedirəm. Buradakı hər bir sözün arxasında bir məna durur, və bu məna dərindir. Fyodor Dostoyevskinin yaxşı əsərlərindən biridir və bu əsəri çox bəyəndim. Fyodor Dostoyevski nin əsərləri məndə həmişə maraq oyatmışdır. Mən inanıram ki, belə kitabları oxumağa davam edəcəyəm.
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102bin okunma