Belə bir deyim var ki, əgər hər gün bir qurbağa yeməklə günə başlasanız, gün ərzində başınıza gələcək pis şeyin məhz bu olduğunu düşünərək rahat yaşamış olarsınız.
Yazarın da dediyi kimi: "Bu kitab sənə bir şeylər öyrətməkdən daha çox, zatən bildiyin ancaq unutduğun şeyləri yadına salmaq üçündür"
Kitabda bir çox fərqli mövzulara yığcam şəkildə toxunulub. Demək olar hər bir mövzu üçün 2-3 səhifə ayrılıb. Bu da kitabı oxumağı asanlaşdırır. Bundan əlavə, toxunulan mövzuların demək olar hamsı, hər bir insanın həyatında başına gəlmiş şeylərdir. Kitabın qısa və axıcı olması da əlavə bir müsbətdir.