Shahla Novruzova

Shahla Novruzova
@Butterfly01
En çok kendi mahkemesinden korkar insan... KelebekKelebek
History
Bakı, 30 Ağustos 2001
187 okur puanı
Eylül 2019 tarihinde katıldı

Shahla Novruzova

, bir kitap okudu
8/10
·296 syf.·
Beğendi
·
15 günde okudu
·
Okunma: 28 Eylül 2025 00:00
·
2025 6. kitabı
Anatoli Zöhrabbəyov
8.2/10 · 8 okunma
Reklam
İnsanların vaxtına hökm edənin gücü sərhəd tanımır.
Sayfa 143·Kitabı okudu
Zaman
Puan vermedi·280 syf.··
2025 2. kitabı
·
14 günde okudu
·
Okunma: 31 Mart 2025 19:31
Kitabın ilk fəsillərində orta əsrlərin güclü müsəlman dövlətlərinin zəifləmə tarixi, sonrakı fəsillərdə isə buna səbəb ola biləcək amillər verilib. Əsərin əvvəlləri, mənə görə, daha maraqlı idi, sonlarını sıxılaraq oxudum. Kitabı diqqətlə oxuduqca bir neçə məsələdə yazıçın qərəzli yanaşması ilə rastlaşırıq: 1. Kitabın üz qabığında "müsəlmanlar" ifadəsindən istifadə olunsa, əsəri oxuduğumuz zaman müsəlmanların yayıldığı geniş coğrafiyadan yalnız Osmanlı (Yaxın Şərq) və bəzən İran müsəlmanlarından bəhs edildiyini görürük; 2. İslam dövlətləri ilə bağlı qərəzli və ziddiyyətli fikirlərlə rastlaşırıq (məsələn, yazıçı yazır ki, türk diplomatlar Avropa dövlətlərinə gəlib burda qadınlara olan ehtiramı gördükdən sonra çox təəccüblənmişdilər (halbuki Şərqdə qadınlar dövlət idarəsində iştirak etdikləri zaman, Xristian kilsəsi düz sözünə görə qadınları cadugər adlandırıb diri-diri yandırırdı). Bir qədər sonra isə müsəlman qadınlara verilən haqqlar barədə ağızdolusu məlumat verir); 3. Ən böyük qul alverçiləri olan böyük Avropa dövlətləri, sanki onların bütün elədiklərini Osmanlı edibmiş, bu dövlətlər də Osmanlıda quldarlığa qarşı təzyiqlər edirmiş kimi göstərilib; 4. Yazıçı Avropanın iqtisadi nailiyyətlərindən söz açarkən bu nailiyyətlərin qaynağı haqqında bir kəlmə də demir. Ürəyim dolu imiş kitab haqqında. Belə bir gündə kitabı bitirən kimi paylaşmaq istədim. Bayramınız mübarək!
Tarih
Müsəlmanlar Nədə Səhvə Yol Verdi?Bernard Lewis · Teaspress Nəşriyyatı · 20202,203 okunma