Son 100-150 ilə kimi qadınlar Qərbdə mal-mülk hesab edildiyi halda, İslam hələ VII əsrdə qadını şəxsiyyət kimi qiymətləndirmiş, ona mülkiyyət hüququ tanımışdı. Digər sivilizasiyalarda ağa sərəncamında olan qulu öldürmək səlahiyyətinə malik idi. İslam isə qulu nəinki qətlə yetirməyi, hətta incitməyi belə qadağan edirdi.
Sizi məhz nəyin xoşbəxt etdiyini başa düşsəniz, bu sizə həyatdan mümkün qədər çox həzz almağa çalışmaq cəhdlərindən daha çox xoşbəxtlik gətirəcək, həzz almaq cəhdləri isə, əslində, insanı bədbəxt edə bilər.
Bir çox insanlar aşağıdakıların xoşbəxtlik gətirdiyini düşünür:
• çoxlu pul;
• gözəl ev;
• gözəl bədən quruluşu;
• yeni maşın;
• yeni iş;
• yeni sevgi macərası.
Bütün bunlar xoşbəxtliyinizə təsir göstərsə də, bu təsirin ömrü çox vaxt qısa olur. Xoşbəxtliyin və rifahın əsl mənbələri bundan çox zərifdir, onları hərəkətlərinizdə və düşüncələrinizdə axtarmaq lazımdır"
Savadsız dini liderlərin də tarix boyu bu effektdən rahatlıqla faydalandığının şahidi oluruq. Xüsusi qiyafədə olan, inanclı kütlə arasında müqəddəslik donuna bürünmüş və böyük populyarlıq qazanmış insanlar dindarların nəzərində mütləq toxunulmazlığa malik olurlar. Onların bir sözü ilə inanclı insanlar öz fikirlərindən vaz keçirlər, halbuki az əvvəl həmin fikirlərinin dinlə uyğunluğuna əmin idilər. Bu zaman əks fikirlərin aşkar bilinən dini hökmlərə, ağıla zidd olması onları düşündürmür. İnanclılar bu əsassız fikirləri heç bir dəlil istəmədən, yaxud da absurd izahlarla kifayətlənərək fakt kimi qəbul edirlər. Onların tez təsir altına düşməsinin və mütilik göstərməsinin səbəbi hansısa məzhəbin nümayəndəsinin, hansısa dini konfessiyanın titulunu daşıyan şəxsin ədalətinə, müqəddəsliyinə kor-koranə inanmalarıdır.