Shahla Novruzova

Shahla Novruzova
@Butterfly01
En çok kendi mahkemesinden korkar insan... KelebekKelebek
History
Bakı, 30 Ağustos 2001
187 okur puanı
Eylül 2019 tarihinde katıldı
Puan vermedi·280 syf.··
2025 2. kitabı
·
14 günde okudu
·
Okunma: 31 Mart 2025 19:31
Kitabın ilk fəsillərində orta əsrlərin güclü müsəlman dövlətlərinin zəifləmə tarixi, sonrakı fəsillərdə isə buna səbəb ola biləcək amillər verilib. Əsərin əvvəlləri, mənə görə, daha maraqlı idi, sonlarını sıxılaraq oxudum. Kitabı diqqətlə oxuduqca bir neçə məsələdə yazıçın qərəzli yanaşması ilə rastlaşırıq: 1. Kitabın üz qabığında "müsəlmanlar" ifadəsindən istifadə olunsa, əsəri oxuduğumuz zaman müsəlmanların yayıldığı geniş coğrafiyadan yalnız Osmanlı (Yaxın Şərq) və bəzən İran müsəlmanlarından bəhs edildiyini görürük; 2. İslam dövlətləri ilə bağlı qərəzli və ziddiyyətli fikirlərlə rastlaşırıq (məsələn, yazıçı yazır ki, türk diplomatlar Avropa dövlətlərinə gəlib burda qadınlara olan ehtiramı gördükdən sonra çox təəccüblənmişdilər (halbuki Şərqdə qadınlar dövlət idarəsində iştirak etdikləri zaman, Xristian kilsəsi düz sözünə görə qadınları cadugər adlandırıb diri-diri yandırırdı). Bir qədər sonra isə müsəlman qadınlara verilən haqqlar barədə ağızdolusu məlumat verir); 3. Ən böyük qul alverçiləri olan böyük Avropa dövlətləri, sanki onların bütün elədiklərini Osmanlı edibmiş, bu dövlətlər də Osmanlıda quldarlığa qarşı təzyiqlər edirmiş kimi göstərilib; 4. Yazıçı Avropanın iqtisadi nailiyyətlərindən söz açarkən bu nailiyyətlərin qaynağı haqqında bir kəlmə də demir. Ürəyim dolu imiş kitab haqqında. Belə bir gündə kitabı bitirən kimi paylaşmaq istədim. Bayramınız mübarək!
Tarih
Müsəlmanlar Nədə Səhvə Yol Verdi?Bernard Lewis · Teaspress Nəşriyyatı · 20202,202 okunma
Reklam
8/10
·152 syf.··
Beğendi
·
2023 4. kitabı
·
4 günde okudu
·
Okunma: 12 Ocak 2023 19:39
Əsər 3 hissədən ibarətdir. I hissədə Avropa əhalisinin, bəzi qaynaqlara görə, 60% azalmasına səbəb olmuş yoluxucu xəstəliklər, II hissədə müharibələr, III hissədə isə xristianlığın azğın məzhəbləri haqqında məlumat verilir. Kitabın adına gəldikdə isə: "Veba hastalığının Orta Çağ Avrupasındaki bu serüveninden sonra bir de çok ilginç bir kavram daha ortaya çıkmıştır. Bu da "Ölüm Dansı" ya da "La Dance Macabre" olarak bilinmektedir. Çok eskiye bakılacak olunursa bu dansın 1348 yılından önce de var olduğu görülecektir. Ancak veba sırasında Orta Çağ sanatçıları bunu kullanmışlardır". Əsərin əsasən II və III bölümlərini bəyəndim (tarixlə bağlı olduğuna görə). Ümumilikdə əsər maraqlı və heyrətamiz məlumatlarla zəngin idi.
Tarih
Orta Çağ Avrupasında Ölümle DansPınar Ülgen · Yeditepe Yayınevi · 202271 okunma
9/10
·256 syf.··
Beğendi
·
2022 42. kitabı
·
4 günde okudu
·
Okunma: 23 Eylül 2022 20:36
Əsər elmi-fantastikanın ilk nümunəsi hesab olunur. Əsərdə XVIII əsrdəki hadisələr təsəvvür olunub. Cenevrədə yaşayan gənc Viktor öyrənməyi çox sevir və təhsilini davam etdirmək üçün İnqolsdata gedir. Bütün olanlar da bundan sonra olur Çox fərqli, maraqlı və düşündürücü bir əsər idi.
Bilim-Kurgu
FrankensteinMary Shelley · İthaki Yayınları · 202121,7bin okunma
10/10
·376 syf.··
Beğendi
·
2022 41. kitabı
·
3 günde okudu
·
Okunma: 20 Eylül 2022 18:14
Bu kitab "Zindandan saraya" əsərinin I cildidir. Bu cilddə şeyxzadə İsmayılın dünyaya gəlməsindən qardaşı Sultanəlinin ölümünə qədər olan hadisələr təsvir olunub. Eyni mövzuda oxuduğum dördüncü bədii əsərdir. Daha əvvəl oxuduqlarım ilə eyni və fərqli məqamlar var idi, bu əsər də digərləri kimi çox maraqlı və axıcı idi.
Tarihi Roman
Zindandan SarayaSahib Qurbanov · Kosmo Nəşriyyat · 025 okunma
9/10
·263 syf.··
Beğendi
·
2022 39. kitabı
·
8 günde okudu
·
Okunma: 12 Eylül 2022 18:15
Əsərdə Sasani şahı Qubadın hakimiyyətinin son dövrləri, onun məzdəkilərdən asılılığı, Xosrov Ənuşirəvanın hakimiyyətə gəlməsi və keçirdiyi islahatlar təsvir olunub. Bundan başqa hər bölümdə müxtəlif rəvayətlərə və təmsillərə yer verilib. Əsər "Qabusnamə" və "Siyasətnamə"yə bənzəyir, lakin onların bədii versiyasıdır. Maraqlı, öyrənməyi bacaranlar üçün dərslərlə zəngin bir kitab idi. Üstəlik kitabda üstüörtülü şəkildə başqa hadisələrə işarə olunması marağımı cəlb etdi
Tarihi Roman
Şahlar ŞahıƏfqan · Mütərcim Nəşriyyatı · 20199 okunma
Reklam