Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Babazade Shahla

Babazade Shahla
@Butterfly01
En çok kendi mahkemesinden korkar insan...
Kelebek
Kelebek
572 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Əsərdə hadisələr XV əsrin sonunda Fransada baş verir. Əsər 1831-ci ildə çap olunub, yazıçı əsərin bir çox yerində öz yaşadığı dövrlə XV əsr Fransasını müqayisə edib. Bu əsərdə orta əsrlər Avropasının qadınların cadugər adlandırılaraq edam olunması başda olmaqla bir çox gerçəkliyi təsvir olunub. Əsəri çox bəyəndim, sonu çox təsirli idi.
Notre Dame'ın Kamburu
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202232,7bin okunma
Reklam
440 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsərdə XIX əsr İngiltərəsi, cəmiyyət həyatı, siniflər arasındakı fərqlər, qadının cəmiyyətdəki rolu, onun hüquqsuzluğu, haqqında geniş məlumat verilir. Əsəri 5-6 il bundan əvvəl oxumuş, amma çox da bəyənməmişdim. Lakin bir müddət əvvəl problemin tərcümədə olduğu ilə bağlı bir video izlədim və kitabı alıb yenidən oxumaq qərarına gəldim. Aldım, oxudum və çox bəyəndim.
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Parlaq İmzalar · 075,9bin okunma
796 syf.
8/10 puan verdi
·
7 günde okudu
Kitabda gələcəyi görmək və insanların fikirlərini, duyğularını oxumaq qabiliyyətinə malik Denielin ailəsi ilə birlikdə atasının yeni işə düzəldiyi Overluk otelinə köçməsi və bundan sonra baş verən hadisələr haqqında danışılır. Çox axıcı əsər idi, birnəfəsə bitirdim. Lakin sonluğunu çox da bəyənmədim, Kingin daha əvvəl oxuduğum iki əsərini daha çox bəyənmişdim.
Parıltı
ParıltıStephen King · Yay Nəşriyyatı · 20186bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsərdə hadisələr XIII-XIV əsrlərdə baş verir. Burada Çingiz xan, Xarəzmşah Cəlaləddin, Əmir Çoban Sulduz haqqında geniş məlumat verilib. Müəllif əsərin yazılmasında əsas mənbə kimi Fəzlullah Rəşidəddinin "Came ət-təvarix"indən istifadə edib. Çox maraqlı, informasiya ilə zəngin və təsirli kitab idi. Gedin, deyin xan Çobana, Gəlməsin bu il Muğana. Muğan batıb nahaq qana. Apardı sellər Saranı, Bir ala gözlü balanı...
Təbriz Namusu
Təbriz NamusuFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 201718 okunma
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
1914-cü il. Böyük savaş (I Dünya Müharibəsi II Dünya Müharibəsi baş verənə qədər belə adlanırdı) başlayır. İnsanlar əvvəlcə müharibənin sadəcə bir neçə ay davam edəcəyini düşünürlər. Kitabda belə bir cümlə keçir: Bu savaş Kanadanın bütün əhalisinə öz təsirini göstərəcək. Müharibə Anninin ailəsinə də öz təsirini göstərir. Əsərin son kitabı çox hüzünlü idi, oxuduqca həm müharibədə iştirak edənlərin, həm də arxada qalanların yaşadıqlarını dərindən duya bilirdim.
Yeşilin Kızı Anne 8
Yeşilin Kızı Anne 8L. M. Montgomery · Ephesus Yayınları · 2021783 okunma
Reklam
248 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsərdə Erkül Puaro yeni dünya nizamı yaratmağa çalışan "Böyük Dörtlük" adlı gizli təşkilatı ifşa etməyə çalışır və bu zaman bir neçə müəmmalı hadisəni araşdırmalı olur. Bu 4 nəfərin hər biri dünyanın ən güclü şəxslərindən hesab olunur: "Bu ledinin nələrə qadir olduğu heç kəsə dəqiq bəlli deyil, ancaq bir şey şübhəsizdir ki, o, elm aləminin düşündüyündən qat-qat irəli gedib. O, dahidir, madam Küri onun yanında heç nədir. Onun dühasına bir də Eyb Raylandın tükənməz sərvətini və cinayət tarixinin ən parlaq ağlı olan, böyük planlar quran Li Çanq Yeni əlavə edin. Bu o deməkdir ki, əlvida sivilizasiya!". Çox maraqlı və axıcı bir əsər idi, Agathanın digər əsərləri kimi bu əsəri də çoox bəyəndim.
Böyük Dördlük
Böyük DördlükAgatha Christie · Qanun Nəşriyyatı · 20131,589 okunma
238 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsərdə hadisələr XVII əsrdə Osmanlının paytaxtı İstanbulda cərəyan edir. Hadisələr Rene Dekartın türk dilinə tərcümə olunmuş əsərini oxuyan baş obrazın "Düşünürəm, deməli, varam" ifadəsi ilə qarşılaşması ilə başlanır. Bundan sonra onun bu fikri təhlil etməsi əsasında xəyalla gerçəklik arasındakı dünyada baş verənləri oxuyuruq. Əsər tarixi-fantastik janrdadır, fəlsəfi fikirlərlə zəngindir, oxuyarkən düşünməmək mümkün deyil. Əvvəlləri maraqsız gəlsə də, insan bir neçə səhifə oxuduqdan sonra kitabı əlindən yerə qoymaq istəmir. Rendekar (Rene Dekart) düşünüyor olmasından varolduğu sonucunu çıkarıyor. Ben de düşünüyorum, dolayısıyla varım, ama kimim? Galata'da, Yelkenci Hanı bitişiğinde ikamet eden Uzun İhsan Efendi mi, yoksa bu günden tam üç yüz sekiz yıl sonra, sözgelimi İzmir'de oturan mahzun ve şaşkın adam mı? Hangimiz düş ve hangimiz gerçek?
Puslu Kıtalar Atlası
Puslu Kıtalar Atlasıİhsan Oktay Anar · İletişim Yayınları · 202048,3bin okunma
·
Puan vermedi
Əsərdə İkinci Dünya Müharibəsi zamanı yəhudilər və digər əsirlərin Auşvitz Birkenauda yaşadıqlarından bəhs edilir. Hadisələr 1942-ci ilin aprelində baş obraz Lale Eizenberqin Auşvitz düşərgəsinə aparılması ilə başlanır. O, burada 3 il ərzində sağ qalmağı bacarır, yeni gətirilənlərin qoluna beş rəqəmli nömrələri döymə edərək yaşamağa nail olur. Maraqlı, axıcı bir əsər idi. Əsər bizə göstərir ki, insan yalnız ümidini itirdiyi zaman ölə bilər.
Auschwitz Dövmecisi
Auschwitz DövmecisiHeather Morris · Pegasus Yayınları · 20191,197 okunma
192 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsərdə rus kübar cəmiyyətinin ən tanınmış üzvlərindən birinin Qafqaza gəlib burada kazaklarla bir yerdə yaşamasından bəhs olunur. Tolstoy digər əsərlərində olduğu kimi "Kazaklar"da da rus kübar cəmiyyətinin içinin çürüklüyünü təsvir edir. Son 20-30 səhifəsinə qədər əsəri çox da bəyənmədiyimi düşünsəm də, bitirdikdən sonra bəyəndiyimi hiss etdim. Əsərdəki hadisələr insanı düşünməyə, cəmiyyətin indiki həyat tərzi ilə müqayisə etməyə vadar edir.
Kazaklar
KazaklarLev Tolstoy · Qanun Nəşriyyatı · 20194,232 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"ALJİR" sözü "Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi" ifadəsinin rus dilindəki qarşılığının qısaldılmış formasıdır. Adından da göründüyü kimi, əsər 30-cu illər repressiyaları zamanı "Vətən xaini" adlandırılmış insanların həyat yoldaşlarının Qazaxıstanın Akmol düşərgəsində yaşadıqlarından bəhs edir. Onları "Vətən xaini" adlandıran dövlət 20 il sonra onlara bəraət verir. Sizcə də çox absurt deyilmi? Əsəri çox bəyəndim, müasir Azarbaycan ədəbiyyatından ən bəyəndiyim əsərlərdən biri oldu.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019191 okunma
Reklam
384 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Seriyanın əvvəlki kitabları kimi bu kitab da çox çox maraqlı idi. Yenə oxuduqca insanı müxtəlif ruh hallarına salmağı bacarırdı. İnsan bu seriyanı oxuyarkən özündən asılı olmadan gah gülümsəyir, gah da hüzünlənir.
Yeşilin Kızı Anne 7
Yeşilin Kızı Anne 7L. M. Montgomery · Ephesus Yayınları · 2021936 okunma
308 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Əsər Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə ithafən 2013-2016-cı illərdə yazılıb. Əsərdə hadisələr üç dövrdə (XIX, XX və XXI əsrlər) cərəyan edir və Qarabağ probleminə toxunulur. Maraqlı, axıcı əsər idi. "Ah, yazıq Qarabağ! İbrahimxəlil canın zənni, Yusif bəyin narahatlığı çin oldu. İnləyən vətən, yenə də işğal altındasan", "Şuşa indi düşmən tapdağındadır", "... Və həmin sis-dumanın, qaranlığın arasından zəif Günəş şəfəqləri süzülür, iniltinin içindən isə atəş səsləri eşidilirdi. Deyəsən, bir də qələbə hayqırtıları vardı" cümlələrini oxuyarkən "Artıq Şuşa, Qarabağ bizimdir, düşmən tapdağından azad olunub" deyə düşünüb qürurlanmamaq mümkün deyildi
Yenə İki Od Arasinda
Yenə İki Od ArasindaElçin Hüseynbeyli · 03 okunma
216 syf.
8/10 puan verdi
·
8 günde okudu
Əsər yazıçının ilk və tək romanıdır. Yazıçı burada hər bir dövr üçün aktual olan məsələlərə toxunur. Əsər əvvəlcə üçüncü şəxsin dilindən yazılsa da, sonradan baş obraz Peçorinin gündəliyi onun öz dilindən yazılır. Bunun nəticəsində də biz onun düşüncələrini, həyata baxışını daha yaxşı anlaya bilirik. Yazıçı əsəri Puşkinin dueldə öldürülməsi ilə bağlı yazdığı şeirə gœrə sürgün olunduğu Qafqaz ərazində yazıb və əsərdə onun duelə olan narazılığı da əks olunub (buna baxmayaraq əsəri yazdıqdan 1 il sonra 27 yaşında Lermontov da dueldə öldürülür). Maraqlı, axıcı bir əsər idi.
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,441 okunma
48 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Zweig "Bir çöküşün öyküsü" adlı əsərində əvvəllər Fransanı idarə etmiş bir sürgün edilməsi və bunun nəticəsində baş verən hadisələrdən söhbət açır. Maraqlı əsər idi, bir nəfəsə oxudum
Bir Çöküşün Öyküsü
Bir Çöküşün ÖyküsüStefan Zweig · İş Bankası Kültür Yayınları · 202177,2bin okunma
176 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Əsərdə hadisələr başlanğıcını XX əsrin 70-ci illərindən götürür və 2012-ci ilə qədər Anqolada baş verir. Portuqaliyadan Anqolaya köçən baş obrazımız 70-ci illər inqilabı zamanı ailə üzvlərini itirir və dünyadan təcrid olunmuş halda yaşamağa başlayır. O, bu illər ərzində çox çətin vəziyyətlərə düşür və başına gələnlərini əvvəlcə gündəliklərə, sonra isə evin divarlarına qeyd edir. Əsərin sonu isə gözlədiyimdən fərqli bitdi. Maraqlı, axıcı bir əsər idi, bəyəndim
Kaş Unudaydım
Kaş UnudaydımJose Eduardo Agualusa · Qanun Nəşriyyatı · 2019810 okunma
78 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.