Cek Torans əsəblərini cilovlaya bilmədiyindən müəllimlik işindən azad edilib.Və ailəsini dolandırmaq üçün yalnız bir yolu var: "Overluk" hoteli.O oğlu Deniel və həyat yoldaşı Uendi ilə oteldə mühafiz vəzifəsində işləməyə gəlib.Burada keçmiş əyyaşlığının üstündən bir daha xətt çəkib, pyesini də yazmağa davam etməlidir. Amma bu otel öz lənəti ilə ailəni məhv etməkdə israrlıdır.Və bu hadisələr o qədər canlı təsvir olunub ki, oxucu sözün əsl mənasında özünü "Overluk"da hiss edir.
"...Bilirsənmi, mister Almen onu nəyə görə işdən çıxarmışdı? Qadın demişdi ki, guya hotelin otaqlarının birində nəsə...Nəsə görüb.Həmin otaqda isə vaxtilə çox pis hadisə baş veribmiş.Söhbət 217-ci otaqdan gedir.Sən mənə söz verməlisən ki, ora getməyəcəksən, Deni.Heç yaxın da getməyəcəksən."
Overlukun işçisinin Cek Toransın "parıltı" ya malik oğlu Denielə xəbərdarlığı məndə artıq o otaqda nəyin olacağı ilə bağlı təxmin yaratmışdı.
Deniel qəribə uşaqdır, o parıltının sayəsində xəyali dostu " Toni" ilə danışır, düşüncələri oxuya bilir və bəzən gələcəyi də görür.
Əsəri sonunu belə gözləmirdim.Daha üzücü düşünürdüm.Düzdü yenə də üzüldüm.Amma daha üzücü sonluqdansa, belə bitməsi yaxşı idi.
Əsərin axıcı və təsirli aurası insanı elə cəlb edir ki, bu cəlbetmədən qurtulmaq lənətli Overlukdan qurtulmaq kimi çətindir.
Səni əsla unutmayacam, Deniel!
Sənə bir ömür acıyacam Cek və Uendi...!