Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Babazade Shahla

Babazade Shahla
@Butterfly01
En çok kendi mahkemesinden korkar insan...
Kelebek
Kelebek
384 syf.
9/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
I Dünya Müharibəsi zamanı Çanaqqala cəbhəsi Osmanlının döyüşdüyü ən mühüm cəbhələrdən biri idi. Bu cəbhə İngiltərənin o vaxtki hərbi-dəniz naziri olan U. Çörçillin təklifi ilə Rusiyaya kömək göstərmək məqsədilə açılmışdı. Lakin Çanaqqalada hadisələr ingilislərin planlaşdırdığı kimi getmir və onlar bu cəbhədən geri çəkilmək məcburiyyətində qalır. Əsərdə Çanaqqala döyüşləri zamanı baş verən hadisələr, hər iki tərəfin psixoloji vəziyyəti geniş təhlil olunub. Əsəri oxuduqca Osmanlının köhnə və az sayda texniki və canlı qüvvəyə, müttəfiq qüvvələrinin isə ən müasir silahlar, yüzlərlə gəmidən ibarət hərbi donanma və öz ölkələri və müstəmləkələrindən toplanmış böyük bir orduya sahib olduğunu görürük. Lakin Avropanın "Xəstə adamı" döyüşlərdə qələbə çalır. Bunun səbəbi isə əsərdə deyildiyi kimi, "öz torpaqları uğrunda vuruşması və bunun üçün canlarından keçməyə hazır olmaları" idi. Əsəri çox gec oxuyub bitirsəm də, çox bəyəndim
Çanaqqala Məhşəri
Çanaqqala MəhşəriMehmed Niyazi · Hədəf Nəşrləri · 01,825 okunma
Reklam
416 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Baş obrazımız Anni artıq orta yaşlı bir qadın, bir-birindən ağıllı, xəyalpərəst, mehriban uşaqların anasıdır. Seriyanın bu kitabını da çooox bəyəndim.
Yeşilin Kızı Anne 6
Yeşilin Kızı Anne 6L. M. Montgomery · Ephesus Yayınları · 20211,349 okunma
56 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 saatte okudu
Kitabda 3 kiçik hekayə toplanıb: "Lyonda düğün", "İki yalnız insan" və "Wondrak". "Lyonda düğün"ü daha çox bəyəndim, lakin Zweig qələminə məxsus olan insan hisslərinin ifadəsi sonuncu hekayədə daha yaxşı işlənmişdi. Nədənsə (ya mən qısa hekayə oxumağı sevmədiyimə görə, ya da digər əsərlərdən zəif yazılmış olduğuna görə) bu kitabda toplanmış hekayələri yazıçının digər hekayələri, novellaları qədər çox bəyənmədim.
Lyon'da Düğün
Lyon'da DüğünStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202131bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Əsərdə yeni ailə qurmuş çox varlı və gözəl bir xanımın Misir səyahətinə çıxması və gəmidə öldürülməsindən bəhs olunur. Hadisələr onun ölümü ilə sonlanırmı? Xeyr, ondan sonra başqaları da öldürülür. Məsələ burasındadır ki, gəmidə olan sərnişinlərin əksəriyyətinin bu varlı xanımı öldümək üçün müəyyən səbəbləri var. Maraqlı, axıcı bir əsər idi, çox bəyəndim.
Nildə Ölüm
Nildə ÖlümAgatha Christie · Qanun Neşriyyat · 20183,821 okunma
250 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsər I Dünya Müharibəsi zamanı ruslar tərəfindən əsir götürülmüş Osmanlı əsirlərinin Nargin adasında saxlanmasından, onların burada çəkdikləri əzablardan bəhs edir. Bundan başqa, əsərdə dövrün digər mühüm məsələlərinə də toxunulur. Maraqlı, tarixi faktlarla zəngin əsər idi, çox bəyəndim.
Nargin
NarginYunis Orucov · Mimta Yayınları · 052 okunma
Reklam
171 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Yazıçı əsəri şahid olduğu gilyotinlə edam səhnəsindən təsirlənərək 1829-cu ildə yazmışdır. Əsərdə ölümə məhkum edilən şəxsin hansı cinayəti işlədiyi oxucuya naməlum qalır. Bir burada yalnız həmin şəxsin edamdan öncəki günlərdə psixoloji vəziyyətinin necə olduğunu, nə düşündüyünü oxuyuruq. Yazıçı bu əsərlə edam cəzasına etiraz edərək kütləni buna qarşı ayağa qaldırmağa çalışmış və istəyinə nail olmuşdur (buna baxmayaraq, Fransada gilyotinin son qurbanı Həmidə Cəndubinin edamı 1977-ci ilə təsadüf edir. Bundan 4 il sonra, yəni, 1981-ci ildə Fransada edam hökmü ləğv edilir (mənbə: wikipedia))
Bir İdam Mahkumunun Son Günü
Bir İdam Mahkumunun Son GünüVictor Hugo · Koridor Yayıncılık · 2020121,1bin okunma
460 syf.
9/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
İnsan hara gedirsə, getsin öz vicdanından qaça bilməz...
Əsərdə hadisələr I Dünya Müharibəsi ərəfəsində Avstriyada baş verir. Burada hadisələr leytenant Anton Hofmillerin ayaqları iflic olmuş Edit Kekesfalvaya qarşı duyduğu mərhəmət hissi üzərində cərəyan edir. Yazıçı bizə əsərdə həddindən artıq mərhəmətin nələrə səbəb ola biləcəyini çatdırmaq istəyir. Əsəri çox bəyəndim, imtahanlara hazırlaşarkən istirahət zamanlarında oxuyub bütün yorğunluğumu unudurdum. Obrazların psixoloji vəziyyəti elə verilib ki, kitabı oxuduqca insan həmin hissləri özü yaşayırmış kimi olur.
Sabırsız Yürek
Sabırsız YürekStefan Zweig · Can Yayınları · 20166,1bin okunma
64 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Əsərdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, fəaliyyəti və süqutu Firdovsinin "Şahnamə"sindəki Siyavuşun əhvalatı vasitəsilə obrazlı şəkildə əks olunub. Əsər 1920-ci ilin iyul ayında Lahıcda yazılsa da, ilk dəfə Türkiyədə çap olunub. Maraqlı, fərqli üslubda bir əsər idi, bəyəndim.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 2021123 okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Yazıçının bu əsəri də "Zolaqlı pijamalı oğlan" kimi II Dünya müharibəsi mövzusundadır. Əsərdə valideynlərini itirmiş 8 yaşlı Pyeronun Fransadan bibisinin yanına Avstriyaya gedərək Hitlerin dostu Peterə çevrilməsindən bəhs olunur. Yazıçının qələmi çox sadə və axıcıdır. Bu əsəri "Zolaqlı pijamalı oğlan"dan daha çox bəyəndim
Zirvenin Dibindeki Çocuk
Zirvenin Dibindeki ÇocukJohn Boyne · Tudem Yayınları · 2020965 okunma
104 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 saatte okudu
Əsər alleqorik üslubda yazılıb. Burada Avstiya-Osmanlı müharibəsinə gedən italyan vikontun yaralanması fonunda xeyirlə şərin mübarizəsi təsvir olunub. Yazıçı bir insanın yalnız yaxşı, saf, xeyirxah və ya yalnız pis, bədxah ola bilməyəcəyi fikrini müdafiə edir. Əsərdən belə bir nəticə çıxır hər insanın daxilində xeyirxahlıq və bədxahlıq balanslaşdırılmış formada olmalıdır. Hər birinin həddindən çox olması fəlakətlə nəticələnə bilər. Əsəri bəyəndim. Hər yerdə, ən çox oxunan kitablar arasında görmədiyimiz maraqlı əsərlərdən biri idi.
İkiyə Bölünmüş Vikont
İkiyə Bölünmüş VikontItalo Calvino · Xan Nəşriyyatı · 2015520 okunma
Reklam
408 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsərdə hadisələr iki süjet xətti ilə inkişaf edir. Bunlardan birincisi 90-cı illərin əvvəllərindən başlayır və Xocalı sakini Aytəkinin erməni əsirliyində olması ilə davam edir. Digər süjet xəttində isə hadisələr müasir dövrdə baş verir. Əsəri çox bəyəndim. Müasir gəncliyimizin mütləq və mütləq oxumalı olduğu əsərlərdən biridir məncə.
Ümidlərin İzi İlə
Ümidlərin İzi İləMüşfiq Xan · Xan Nəşriyyatı · 201668 okunma
107 syf.
8/10 puan verdi
·
31 saatte okudu
Əsərdə Əl Məhəmməd adlı sirrlərə vaqif olmuş "Ermiş" obrazı 12 ildir yaşadığı Orfalis şəhərini tərk edir. Əhalidən bir neçə nəfər cavabını bilmək istədikləri sualları ona verərək cavab alırlar. Sonra Əl Məhəmməd gəmiyə minərək dünyaya gəldiyi adaya geri dönür. Maraqlı, düşündürücü bir əsərdir. Bir qədər "Böyle söyledi Zerdüşt" əsərinə bənzəyir, lakin çox sadə dillə yazılıb.
Ermiş
ErmişHalil Cibran · Koridor Yayıncılık · 202070,8bin okunma
416 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsərin IV cildində Anni Summerside məktəbində müdür olaraq işləməyə başlayır. O, burada çoxlu yeni insanlarla tanış olur, onların həyatında müəyyən iz buraxır. Əsəri çox bəyəndim, təbii ki, oxuyarkən bəzən güldüm, bəzən gözlərim doldu. Davamını oxumağı səbirsizliklə gözləyirəm.
Yeşilin Kızı Anne 4
Yeşilin Kızı Anne 4L. M. Montgomery · Ephesus Yayınları · 20203,122 okunma
344 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Bismillahir-rəhmanir-rəhim"
Əsərdə hadisələr İraqın Həsəni şəhəri yaxınlığında yerləşən Tel-Yarımcada baş verir. Bu ərazidə Amerika ekspedisiyası tərəfindən arxeoloji qazıntı işləri aparılır. Əsər ekspedisiyanın rəhbəri isveçli arxeoloq Erik Leydnerin həyat yoldaşı üçün tibb bacısını işə götürməsi ilə başlayır. Luiz Leydner anonim məktublar yazaraq onu öldürəcəyi ilə təhdid edən keçmiş həyat yoldaşından qorxur, onun psixoloji vəziyyətinin pis olması isə Mister Leydneri narahat edir. Məsələ burasındadır ki, bir müddət sonra Missis Leydner öldürülür. Onun ölümündən arxeoloji ekspedisiyanın üzvü olan 8 nəfər və tibb bacısı şübhəli hesab olunur. Görəsən Luiz Leydneri ekspedisiya üzvlərindən biri öldürmüşdü, yoxsa keçmiş həyat yoldaşı? Çoox maraqlı və axıcı bir əsər idi. Qatilin düşündüyüm şəxslərdən biri olması və qətlin düşündüyüm motivlə baş verməsi əsəri daha çox bəyənməyimə səbəb oldu.
Mesopotamiyada Qətl
Mesopotamiyada QətlAgatha Christie · Qanun · 20161,113 okunma
446 syf.
9/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Əsər Aylı (Anarresli) fizik Şevekin Yerə (Urrasa) səyahət etmək üçün kosmik gəmiyə minməsi ilə başlayır. Daha sonra hər iki dünya təsvir olunur. Anarresdə anarxist idarə üsulu mövcuddur. Anarxizm dövlətin mövcud olmadığı bir quruluşdur. Burada insanlar müxtəlif sindikatlarda, kommunalarda birləşir. Anarresdə iyerarxik quruluş yoxdur, hər kəs bərabərdir. Lakin əsəri oxuduqca belə olmadığının şahidi oluruq, kiçik bir qrup az da olsa, digərlərindən yüksəkdə dayanır. Burada yaşayanlar özlərini odoist adlandırırlar. Odo əsərdə baş verən hadisələrdən çox əvvəl yaşayıb və anarxist fikirlərinə görə insanların Ayda məskunlaşmasına səbəb olub. Yer (Urras) Anarresin ayı hesab edilir. Urrasın ərazisi üç dövlət arasında bölünüb. Bunlardan birincisi kapitalist A-İo dövləti, ikincisi sosialist Tu dövləti, digəri isə zəif inkişaf etmiş Benbili dövlətidir. Benbili dövlətində inqilab baş verir və digər iki dövlət burada öz qüvvələrini hakimiyyətə gətirmək üçün müharibəyə başlayır. Bu da Soyuq müharibə dövründə ABŞ və SSRİ arasında öz nüfuzunu yaymaq uğrunda Asiya ölkələrində gedən mübarizəni xatırladır. Yazıçı əslində əsərdə "Azadlıq nədir?", "Tamamilə azad olmaq mümkündürmü?" kimi suallara cavab axtarıb. Əslində əsəri oxumağa başlayanda gözləntilərim çox böyük deyildi, amma əsəri çox bəyəndim.
Mülksüzlər
MülksüzlərUrsula K. Le Guin · Egalite Nəşriyyat · 202112,5bin okunma
78 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.