Babazade Shahla

Babazade Shahla
@Butterfly01
En çok kendi mahkemesinden korkar insan...
Kelebek
Kelebek
362 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Kim həyatında ən az 1 dəfə fikirləşməyib ki, filan tarixi hadisə baş verməsəydi, nə olardı? Əsər tarixi-fantastika janrındadır. II Dünya müharibəsində Almaniya və Yaponiya qalib gəlir və bütün dünya bu iki dövlət arasında bölünür. Əsərdə almanlar və yaponların dövlət idarəetmə quruluşu, digər xalqlara münasibət, hökumət dairələrindəki ziddiyyətlər və bütün bunların insan psixologiyasına təsiri çox gözəl təsvir olunub. II Dünya müharibəsində Almaniya qalib gəlsəydi, nə baş verərdi? sualı məni çox düşündürüb. Buna görə də kitabı oxumağı səbirsizliklə gözləyirdim. Gözləntilərimi doğrultdu. Çox maraqlı, axıcı bir kitab idi.
Yüksek Şato’daki Adam
Yüksek Şato’daki AdamPhilip K. Dick · Alfa Yayınları · 2020736 okunma
Reklam
120 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 saatte okudu
Əsərdə "Müqəddimə"də toxunulan müxtəlif mövzulardan iqtibaslar gətirilmiş, müəllif tərəfindən İbn-Xəldunun fikirlərinə şərh verilmiş, həmçinin 7 əsr bundan əvvəl yazılmış əsərdəki fikirlər müasir dövrdə tez-tez qarşılaşdığımız problemlərlə əlaqələndirilmişdir. İbn Xəldun tarixə başqa prizmadan yanaşmış, tarixi əfsanələrdən təmizləyərək, tədqiqat apararaq yazmağa çalışmışdır. O, əvvəlcə ərəblərin tarixi ilə bağlı əsər yazmağa başlayıb, lakin ərəblərin tarixinin digər xalqların tarixindən ayrı yazıla bilməyəcəyini dərk edərək əsərini genişləndirib. Əsər çox maraqlı idi. Hətta bəzi düşüncələrimin kitab şəklində hazırlanmış halı idi demək olar
İbni Haldun - Coğrafya Kaderdir
İbni Haldun - Coğrafya KaderdirMesud Topal · Destek Yayınları · 20212,048 okunma
112 syf.
9/10 puan verdi
·
5 günde okudu
Əsərdə hadisələr Fransanın müstəmləkəsi Əlcəzairdə cərəyan edir. Əsər baş obraz Meursaultun anasının ölümü ilə başlayır. Lakin o, anasının ölümünə çox biganə yanaşır (əslində o, hər şeyə biganədir). Daha sonra baş obrazımız bir ərəbin ölümünə səbəb olur və həbsə salınır. Məhkəmə zamanı cinayət bir kənara buraxılır, Meursault anasının ölümü zamanı ağlamadığına, hissiz, ruhsuz olduğuna görə mühakimə olunur. O, bütün cəmiyyətə "yad"dır, cəmiyyətin qoyduğu qəliblərə sığmır. Buna görə də cəmiyyətdən kənarlaşdırılır, mənfi münasibət görür. Əsər insanda çox qarışıq təəssürat buraxır, insanı düşündürür. Mənim ən çox bəyəndiyim hissə məhkəmə səhnəsi idi. Meursaultun düşüncələri də maraqlı idi. • Annesini manen öldüren bir adam, babasını öldüren biri kadar toplumun dışına itermiş kendini. Her halükarda manen öldürme suçu, öbür suça giden yolu hazırlarmış, o yolun taşlarını döşer hatta onu bir şekilde meşrulaştırırmış.
Yabancı
YabancıAlbert Camus · Can Yayınları · 2021112,8bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Baş obrazımız Anni artıq 18-20 yaşlı universitet tələbəsidir. Anni universitet həyatı boyunca bəzi səhvlərə yol versə də, sonunda nəyin doğru olduğunu başa düşür. Kitabı oxuduqca zaman-zaman gözlərim doldu, zaman-zaman çox güldüm, zaman-zaman indiki düşüncələrimi əks etdirən fikirlərlə qarşılaşdım və təbii ki, kitabı çox sevdim.
Yeşilin Kızı Anne 3
Yeşilin Kızı Anne 3L. M. Montgomery · Ephesus Yayınları · 20204,605 okunma
312 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Aqata Kristinin möhtəşəm qələmi
Əsər 13 kiçik hekayədən ibarətdir. Hekayələrin hər birinin baş qəhrəmanı Miss Marpldır. Bu qadın, demək olar ki, yaşadığı kənddən çıxmasa da, insan təbiətinə dərindən bələd olması nəticəsində müəmmalı hadisələri həll edə bilir. Hekayələrin hər biri bir-birindən maraqlı idi. Lakin ən bəyəndiyim "Astarta bütkədəsi" oldu Hekayələrin bir çoxunu detallarla daha da zənginləşdirərək roman şəklində yazmaq olardı.
13 müəmma
13 müəmmaAgatha Christie · Teas Press · 2021891 okunma
Reklam
Reklam
78 öğeden 46 ile 60 arasındakiler gösteriliyor.