Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Babazade Shahla

Babazade Shahla
@Butterfly01
En çok kendi mahkemesinden korkar insan...
Kelebek
Kelebek
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
34 saatte okudu
Əsərdə hadisələr Səfəvilər dövlətində Şah II Abbasın hakimiyyəti dövründə 1655-ci ildə baş verir. Şahın qurduğu Ədalət divanının qulluqçuları qulam Barsoğlu və katib Mirzə İman sadə bir vərasət məsələsini həll etmək məqsədilə Savə şəhərinə gəlir. Lakin burada tamamilə başqa hadisələrlə rastlaşırlar. Əsər ən çox bəyəndiyim tarixi və dedektiv janrın vəhdəti idi. Maraqla araşdırdığım xaşxaşilər mövzusuna toxunulması da məni cəzb etdi. Maraqlı, axıcı bir əsər idi.
Qırmızı Qar
Qırmızı QarAnar Ismayıl · Qanun Nəşriyyatı · 201634 okunma
Reklam
416 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Əsərdə 11 yaşlı Anninin Karbertlər tərəfindən uşaqlar evindən övladlığa götürülməsindən və daha sonra başına gələnlərdən danışılır. Əsərin öz dilimizdəki nəşrini 3-4 il bundan əvvəl oxumuşdum. O zaman da bəyənmişdim, indi də çox bəyəndim. Əsər əsasında çəkilən serialı da sevərək izləmişdim ("Anne wiht an E"). Əsərdə Anninin daxili dünyası, xəyalları çox gözəl təsvir olunub. Demək olar ki, hər dəfə kitabı üzümdə bir təbəssümlə oxuyurdum. Amma kitabı oxuyub bitirdikdən sonra gözlərim yaşla doldu🥲. Hər kəsə tövsiyə edə biləcəyim çox maraqlı və gözəl cümlələrlə dolu bir əsər oldu.
Yeşilin Kızı Anne
Yeşilin Kızı AnneL. M. Montgomery · Ephesus Yayınları · 202015,3bin okunma
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Əsərdə Bayanduri (Ağqoyunlu) dövlətinin son dövrləri və Səfəvilərin hakimiyyətə gəlməsindən Şah I İsmayılın vəfatına qədər olan hadisələr qələmə alınmışdır. Universitetdə Azərbaycan tarixi müəllimimiz bu əsər haqqında "Mütləq oxuyun" demişdi. Mən də bir müddətdir ki, oxumağı qərara almışdım. Əsərdə "Tarix-i aləm aray-i Abbasi", "Həbibüs-siyər", "Rövzətüs-Səfəviyyə" kimi tarixi əsərlərdən iqtibaslar gətirilməsi xüsusilə diqqətimi cəlb etdi. Yazıçının hadisələri paralel şəkildə verməsini bəyəndim. Maraqlı, axıcı bir əsər idi.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202139 okunma

Okur Takip Önerileri

Tümünü Gör
760 syf.
9/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Bir sözlə MÖHTƏŞƏM Əsərin baş qəhrəmanı dənizçi Edmond Dantesdir. O, nişanlısı ilə evlənəcəyi və işlədiyi gəminin kapitanı vəzifəsinə seçiləcəyi ərəfədə "dost"ları tərəfindən yalandan ittiham olunaraq ömürlük həbs olunur və ən təhlükəli canilər üçün nəzərdə tutulmuş "İf şatosu"na salınır. Lakin nəticədə buradan qurtula bilir və düşmənlərindən intiqam almağa başlayır. Yazıçı kitabda "İntiqam nədir? Necə alınmalıdır?" sualının ən mükəmməl təsvirini verib. Çox maraqlı və bir o qədər düşündürücü bir kitabdır. Bir çox hallarda gözlənilməz hadisələrlə qarşılaşırıq. Əsər 1500 səhifədən daha qalın olsa da (oxuduğum ən qalın kitab oldu), axıcı dillə yazılıb.
Monte Cristo Kontu (2 Cilt Takım)
Monte Cristo Kontu (2 Cilt Takım)Alexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202025,9bin okunma
72 syf.
9/10 puan verdi
·
Beğendi
·
28 saatte okudu
Əsərdə həyatdan ümidləri üzülmüş birinin qəlbinin necə yaşamaq eşqi ilə dolması və kədərli sonu təsvir edilib. "Monte Cristo kontu"nun I cildini bitirdikdən sonra qısa bir kitab oxumaq istədim. Çoox maraqlı bir əsər oxudum və Zweig bu əsərində də məni düşüncələrə qərq etdi.
Kızıl
KızılStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202229,3bin okunma
Reklam
80 syf.
6/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Kitabda Zweig'ın 5 hekayəsi toplanıb: "Ay ışığı sokağı", "Leporella", "Nişan", "Leman gölü kıyısında olay", "Avare". Normalda hekayə oxumağı sevməsəm də, bu 5 hekayəni çox maraqla oxudum. Zweig'ın qələmi yenə çox möhtəşəm idi. Obrazların psixoloji vəziyyəti, aldıqları travmalar çox-çox gözəl təsvir olunmuşdu. Ən sevdiyim hekayələr "Leman gölü kıyısında olay" və "Avare" oldu.
Ay Işığı Sokağı
Ay Işığı SokağıStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202167,5bin okunma
266 syf.
9/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
Elmi əsərdir. Kitabda Xaç yürüşlərinin şahidi olmuş və ya həmin dövrə yaxın zamanda yaşmaış salnaməçilərin əsərlərindən geniş istifadə olunub. Hadisələr 1095-1291-ci illəri əhatə edir və ərəb tarixçilərinin dilindən nəql edilir. Bu kitabı yazıçının oxuduğum 4 əsəri arasında ən bəyəndiyim 2-ci əsər oldu (1-ci: "Səmərqənd"). Çox axıcı və maraqlı kitab idi. Hətta imtahan suallarını oxumaqdan yorulanda bu kitabı oxuyub dincəlirdim.
Arapların Gözünden Haçlı Seferleri
Arapların Gözünden Haçlı SeferleriAmin Maalouf · Yapı Kredi Yayınları · 20221,810 okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Əsər Fransada yaşayan yerlimiz tərəfindən yazılıb. Burada Cənubi Azərbaycan türkü olan Əfşarın həyatından, onun çəkdiyi əzab-əziyyətdən bəhs olunur. Müasir yerli yazıçılarımızdan çox azının qələmini bəyənirəm. Ən çox sevdiyim isə Rövşən Abdullaoğludur. Bu əsər də bir qədər Rövşən Abdullaoğlunun əsərlərinə bənzəyirdi. Buna görə əsəri çox bəyəndim. Kitabı bir neçə dəqiqə əvvəl oxuyub bitirmişəm, hələ də çox qarışıq hisslər yaşayıram.
Madam Floranın Rəngli Daşları
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202057 okunma
660 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Əsər "Qurd Seyid" trilogiyasının ilk kitabıdır. Trilogiya əsərin baş qəhrəmanı Qurd Seyidin nəvəsi tərəfindən yazılıb. Əsərdə (I hissədə) XIX əsrin sonu-XX əsrin əvvəllərinin tarixi fonunda biri Krım türkü, digəri rus əsilli olan iki gəncin məhəbbətindən bəhs olunur. Hadisələr 1892-1924-cü illərdə baş verir. Baş obraz Qurd Seyid 1892-ci
Qurd Seyid və Şura
Qurd Seyid və ŞuraNermin Bezmen · Teas Press Nəşriyyatı · 02,261 okunma
256 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Arsen Lüpen kitablarından ən sevdiyim bu kitab oldu. Əvvəllərini bir az sıxılaraq oxusam da, 160-cı səhifədən sonra olduqca maraqlılaşdı. Qeyd edim ki, digər 2 kitabdan fərqli olaraq bu kitab bütöv bir romandan ibarətdir
Arsen Lüpen - Oyuk İğne
Arsen Lüpen - Oyuk İğneMaurice Leblanc · Ren Kitap Yayınları · 20191,563 okunma
Reklam
113 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Çingiz xana küsən bulud" hakimiyyəti tənqid etdiyinə görə "Gün var əsrə bərabər" əsərindən çıxarılan bir bölümdür. Bu kitabda "Gün var əsrə bərabər" əsərində yarım qalan hekayənin tamamlandığını görürük. Əsərdə sadəcə müharibədə əsir düşüb və əsirlikdən qaça bilib deyə günahsız birini həbs edərək yüksək vəzifəyə gəlmək arzusunu reallığa çevirmək istəyən birinin hekayəsini oxuyuruq. Yazıçı obrazların daxili aləmini, düşüncələrini çox gözəl təsvir edib. Əsəri çox bəyəndim. Məncə "Gün var əsrə bərabər"dən sonra oxunması zəruri olan bir kitabdır.
Cengiz Han'a Küsen Bulut
Cengiz Han'a Küsen BulutCengiz Aytmatov · Ötüken Neşriyat · 201515,8bin okunma
380 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
"Kibar hırsız" kitabının davamıdır. Maraqlı kitabdır. 2 hissədən ibarətdir. Hər bir hissədə müxtəlif hadisələr nəql edilir. Məşhur dedektiv Herlok Şolms (Şerlok Holms deyil, məhz Herlok Şolms:)) Arsen Lüpeninə qarşı çıxış edir. Arsenlə Herlokun dialoqları çox maraqlı idi, oxuduqca zövq alırdım. Kitabın iki bölməsi zəif də olsa bir-biri ilə əlaqələnir. Arsen Lüpenin zəkası və danışıq tərzi insanı gülümsədir. İnsan kitabı oxuyarkən heç sıxılmır.
Arsen Lüpen - Herlock Sholmes’e Karşı
Arsen Lüpen - Herlock Sholmes’e KarşıMaurice Leblanc · Ren Kitap Yayınları · 20192,387 okunma
207 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Çox maraqlı bir dedektiv əsər idi. Çox bəyəndim. Oxuduqca gülümsədiyim bir kitab oldu. Əsərdə professional oğru Arsen Lüpenin macəralarından bəhs olunur. Bu macəralar ayrı-ayrı bölmələrlə bir neçə hissəyə ayrılıb. Bu hissələr arasında o qədər güclü olmasa da, müəyyən bir qanunauyğunluq var. Arsen Lüpenin zəkasına heyran qaldım.
Arsen Lüpen - Kibar Hırsız
Arsen Lüpen - Kibar HırsızMaurice Leblanc · Ren Kitap · 20204,735 okunma
208 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Kitabların görüldüyü yerdə yandırıldığı, "yanğınsöndürənlər"in vəzifəsinin kitabları yandırmaq olduğu bir dünya düşünün. Bu dünyada insanların işlərindən əlavə çoxlu boş vaxtı olsa da, heç kimin düşünməyə vaxtı yoxdur. Çünki insanların boş vaxtı lazımsız televiziya verilişləri və oyunlarla doldurulub (sizə də tanış gəldi?). Yazıçı kitabı yazarkən sanki yarım əsr sonrasını təxmin edib televiziyanın, filmlərin kitab oxumağı unutduracağını qeyd edir. Çox maraqlı və düşündürücü əsər idi.
Fahrenheit 451
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 202289,7bin okunma
432 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Əsərdə Həsən Səbbahdan tutmuş Çingiz xana, xaşxaşilərdən tutmuş xaç yürüşlərinə qədər bir çox məsələlərdən bəhs olunur. Ümumiyyətlə Səlcuqlular dövləti, xaşxaşilər, xaç yürüşləri maraq dairəmə daxildir. Bu əsərdə bəzi razılaşmadığım nüanslar olsa da, çox şey öyrəndim
Alamut’un Efendisi Hasan Sabbah ve Haşhaşiler
Alamut’un Efendisi Hasan Sabbah ve HaşhaşilerKürşad Berkkan · Eftalya Yayınları · 201749 okunma
78 öğeden 61 ile 75 arasındakiler gösteriliyor.