Onu itirib bir daha görməmək ehtimalı mənə son dərəcə faciəli görünür, təsəvvür edirsənmi, mənə elə gəlir ki, onun siması müəyyən edə bilmədiyim zamanlardan bəri hafizəmin dərinliyində daş üzərində həkk edilmiş rəsm kimi iz buraxmışdır.
– Hələ də yerində əyləşib. – Sonra gözlərini yoldaşına zillədi. – Boşboğazlıqdan əl çək. Halbuki indi mən ömrümün ən xoş dəqiqələrini yaşayıram. Hisslərim indiyədək məni heç də aldatmayıb. Ya nə isə dəhşətli bir hadisə baş verib, yaxud mənə elə gəlir ki, orada əyləşmiş gənc qızı hələ dünyaya gəlmədiyi vaxtdan, dünyanın yaranışından əvvəl tanıyıram. Səni necə başa salım?