Qalx ayağa, əzizim, Körpüyə çatdıq. Günlərin birində biz ya ağlımızı itirəcəyik, yaxud da dünyaya hakim olacağıq. Hələlik isə bir rakı almaq üçün pul tapmağa çalışaq və parlaq gələcəyimizin şərəfinə bir neçə qədəh içək.
kitablarda oxuduğun “depressiya” kəlməsindən bir xilasedici kəmər kimi yapışırsan. Çünki nədənsə hamımızda, istər maddi, istərsə də mənəvi olsun, fərqi yoxdur, bütün dərdlərimizə bir ad qoymaq marağı vardır və bunu etməsək, tamam dəli olarıq.
– Maraqlı işdir, ümumiyyətlə, pul özü maraqlı şeydir. Çox vaxt cibimdən bir lirə çıxarıb qarşıma qoyur, uzun-uzadı tamaşa edirəm. Əslinə baxsan, onda fövqəladə heç nə yoxdur. Məktəblərdə keçilən rəsmxət dərslərində öyrədilən cizgilərə oxşar, lakin azacıq nazik və bacarıqla çəkilmiş qarışıq cizgiləri olur... Üstündə də bir şəkil... Sonra da bir neçə cümlə və bir neçə imza... Adam başını bir az aşağı əyib baxanda burnuna çirk və yağ iyi dəyir.
Məsələn, günlərin birində ürəyin bərk sıxılır az qala boğulursan. Həyat sənə qaranlıq və mənasız görünür. Sənin bir az bundan əvvəl etdiyin kimi, mənasız fəlsəfələrlə məşğul olmağa başlayırsan. Sonra yavaş-yavaş bundan da əl çəkib, heç ağzını da açmaq istəmirsən. İnanırsan ki, heç kəs, heç bir əyləncə ürəyini aça bilməyəcək. Hava da sənə cansıxıcı və mənasız görünür. Onun çox isti, çox soyuq, yaxud yağışlı olub-olmamasının əhəmiyyəti olmur.