Ceyhun Cəfərli

Məyusluqdan doğan qəm-qüssə ötəndən sonra qəlbən yenidən tənhalaşdı və yeknəsəq günlərin ağuşuna düşdü.
Sayfa 75·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
Bununla belə, qəlbinin dərinliyində hansısa hadisənin intizarını çəkirdi. Fəlakətə uğramış dənizçilər kimi ümidsiz nəzərlərini tənha ömründə gəzdirib, uzaqda, dumanlı üfüqdə hansısa ağ yelkənin gözə dəyəcəyinə ümid edirdi...
Onun həyatı isə pəncərəsi şimala açılan bir daxma kimi soyuq idi. Qüssə sakit bir hörümçək kimi qəlbinin bütün guşələrində torlarını hörürdü.
Sayfa 57·Kitabı okudu
O, tərk edilmiş bir ev kimi özünü kədərli hiss edirdi.
Sayfa 42·Kitabı okudu
Məni cinayətə sürükləyən, indi də dar ağacına göndərəcək olan o mənfur pişik, kəskin dişlərini göstərir və parıldayan tək gözü ilə mənə baxırdı! Demə, onu da arvadımla birlikdə basdırıbmışam!...