Ceyhun Cəfərli

Ceyhun Cəfərli

, şu anda okuyor
256 syf.
Erich Maria Remarque
9.1/10 · 4.044 okunma
Reklam
Ala gözlüm, səndən ayrı gecələr Bir il kimi uzun olur neyləyim? Bağçamızda qızılgüllər hər səhər Tezdən açır vaxtsız solur neyləyim? Nərgizlərin gözü yaşla dolanda Bənövşələr baxıb qəmgin olanda Qərənfilin gözü yolda qalanda Yasəmənlər saçın yolur neyləyim?
Qəribsəyir könlüm bu axşamüstü, Gözəl mənzərələr qalır geridə. Şirindir vətəndə hər acı tüstü, Şirindir vətənin küləkləri də!
Ürək geniş olarsa, Xəyal dərin olarsa, Nə arzular ölər, nə fikir sönər… Könüldə bir işıq, bir atəş varsa, Balaca bir mətbəxdən də böyük bir dünya görünər…
Günəşdən gənclik istədim, Dənizdən coşğun həvəs. Meşədən dinclik istədim, Küləkdən ilıq nəfəs. Güllərdən ətir istədim, Quşlardan iti qanad. Yarpaqdan çətir istədim, Ömürdən coşğun həyat. Dağdan əzəmət istədim, İnsanlardan məhəbbət. Nə istədim, nə istədim – Verdi mənə təbiət…