Avropada cinsi əlaqəsi olmayan qadınları psixoloji cəhətdən anormal, Azərbaycanda isə cinsi əlaqəsi olmuş qadınları əxlaqsız hesab edirlər. Avropada sevgini könül sıçrayışı hesab edərək dəstəkləyir, Azərbaycanda isə künclərdə oğrunca öpüşmək üçün bəhanə bilirlər. Avropada qadınlar ailə həyatı qurduğu kişini sevir, bizim qadınlar isə onun ailələrinə uyğun, yetəri qədər zəngin və ya təhsilli olduğunu araşdırırlar. Avropada kişilər qadını sevərək onunla bir yatağa girir, Azərbaycanda kişilər “fırladıram” başlığı altında qadınlarla sevişirlər.
Gözümü yumub açdım. Təbəssüm artıq yox idi. Amma o gülümsəmişdi. Mən onu görmüşdüm.
- İstəyirsən, o çərpələngi sənin üçün tutum?
Qırtlağının qalxıb enməsindən udqunduğunu güman etdim. Külək
saçlarını sığallayırdı. Mənə elə gəldi ki, o başı ilə təsdiqlədi.
- Səndən ötrü min yol, - dediyimi eşitdim.
Sonra çevrilib, qaçdım.
Bu, sadəcə, bir təbəssüm idi, başqa heç nə. Bu, hər şeyi yoluna qoymayacaqdı. Bu, heç nəyi yoluna qoymamışdı. Sadəcə bir təbəssüm. Bir zərrəcik. Meşədə ağacdan havaya uçan quşun qanadlarından
titrəyən bir yarpaq kimi.
Amma mənə bu da qənimətdi. Qollarımı açıb, qəbul edirəm. Çünki yaz gələndə qar dənəcikləri bir-bir əriyir. Ola bilsin ki, indi də mən ilk qar dənəciyinin əridiyini görürdüm...