Gözümü yumub açdım. Təbəssüm artıq yox idi. Amma o gülümsəmişdi. Mən onu görmüşdüm.
- İstəyirsən, o çərpələngi sənin üçün tutum?
Qırtlağının qalxıb enməsindən udqunduğunu güman etdim. Külək
saçlarını sığallayırdı. Mənə elə gəldi ki, o başı ilə təsdiqlədi.
- Səndən ötrü min yol, - dediyimi eşitdim.
Sonra çevrilib, qaçdım.
Bu, sadəcə, bir təbəssüm idi, başqa heç nə. Bu, hər şeyi yoluna qoymayacaqdı. Bu, heç nəyi yoluna qoymamışdı. Sadəcə bir təbəssüm. Bir zərrəcik. Meşədə ağacdan havaya uçan quşun qanadlarından
titrəyən bir yarpaq kimi.
Amma mənə bu da qənimətdi. Qollarımı açıb, qəbul edirəm. Çünki yaz gələndə qar dənəcikləri bir-bir əriyir. Ola bilsin ki, indi də mən ilk qar dənəciyinin əridiyini görürdüm...
Dedi "elə qorxuram ki" .Soruşdum "niyə?" O da dedi, "O qədər xoşbəxtəm ki, doktor Rəsul. Bu qədər hərtərəfli xoşbəxtlik qorxudur məni". Mən səbəbini soruşdum. O da dedi, "Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər ".
Məryəm divanda uzanmışdı. Dizlərini qucaqladı, pəncərədən fırlana-fırlana göydən yerə enən qar lopalanna baxdı. Nana bir dəfə demişdi ki, hər bir qar dənəciyi dünyada dərd çəkən bir qadının ahıdır. Bu ahlar göyə qalxıb buluda çevrilir, sonra da beləcə xırda zərrələrə bölünüb yer üzünə qayıdır.
Bizim kimi qadınların çəkdikləri əzabı xatırlatmaq üçün qayıdır, - Nana deyirdi. Bax, beləcə, başımıza yağan hər şeyi beləcə səbirlə, dözümlə qarşılayırıq...
Bir dəfə, mən doğrudan da balaca olanda ağaca dırmaşmışdım və yaşıl, turş almalardan o ki var, yemişdim. Sonra mənim qarnım şişib, nağara kimi tarıma çəkildi.Çox ağrıdırdı.Anam dedi ki, mən almaların yetişməsini gözləsəydim, xəstələnməzdim.Odur ki, indi mən nəyisə çox arzulayanda onun almalar barədə dediklərini xatırlayıram...