Camaata həmişə elə gəlir ki, hər şeyi düz bilirlər. Bu, mənim vecimə də deyil, ancaq onlar mənə: “Yekə oğlansan, uşaqlıq eləmə,” – deyəndə xətrimə dəyir. Bəzən isə özüm qəsdən yaşımdan böyük görünmək istəyirəm, – ciddi sözümdü, – amma nədənsə heç kəsin gözü bunu görmür. Bu camaat heç vaxt yaxşı şeyi görmək istəmir
İndi bir zamanlar üzərinə tüpürdüyümüz bu relslərin üzərinə başımızı qoyuruq. Bu bir çox insanların xislətidir: iyrənc bildikləri nəsnəyə tapınmaq, əksiltdikləri şey qarşısında səcdəyə düşmək, bir gün pis bildiklərini, bir gün yaxşı bilmək...
Ancaq önəmli olan bilirsən nədir? Önəmli olan odur ki, bu mənim öz yolumdur! Və hərşeyi mən öz bildiyim kimi etmişəm! Bu həyatda nədənsə peşman olmuşammı? Bəli, ancaq çox az şeyə görə. Mən həyatımda yalnız etməli olduğum işləri etmişəm! Həyatımda hər bir addımımı ölçmüşəm. Ən əsası odur ki, mən bunu öz bildiyim kimi etmişəm.