Eyib deyil hər aşiqə axıtsa da göz yaşları,
Məcnun olsa, yuva salsa saçlarında çöl quşları,
Hicran vaxtı çıxarmasın xəyalından nazlı yarı,
Qoy duymasın sevgisini yer üzünün insanları.
İndi adamları varlı - yoxsul deyə iki yerə ayırmırlar. Savadlı - savadsız adamlar var. Bu da adamın özündən asılıdır. Varlılıq irsən keçirdi. Savad isə irsi deyil, hərə gərək özü qazansın.