- O yerdə ki səni çamadanlardan başqa heç nə gözləmir, ora beləcə açarsız girmək də böyük şeydir.
- Adamı heç yerdə heç nə gözləmir. Gərək, hər şeyi özünlə gətirəsən.
- Ola bilər. Ancaq bu da özünü aldatmaqdır.
Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı ki, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt
azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir...
-Siz provanslısınız?
-Xeyr. Bu nə deməkdir ki?
-Heç nə. Sadəcə olaraq, sözünüzün arasına girmək istədim. Belə hallarda mətləbə dəxli olmayan şeylər soruşmaq lazımdır. Yoxsa, düz bir saat danışardınız.