Bu dünyada kiçik və adsız bir adam axirətdə böyüklük və başıucalıq qazana bilər. Ancaq şöhrət və vəzifə qazanmağı qarşısına məqsəd qoysa və təkcə bu yolda çalışsa, bu dünyada və axirətdə uduzacaq, çünki dünyanın ad-sanını, var-dövlətini tezliklə əldən verəcək, axirətin əbədi neməti və ucalığı da əlində qalmayacaqdır.
Dünya malından kasıb olsam da, səndən daha varlıyam, çünki ehtiyac var-dövlətlə ölçülmür. Əksinə, əsl sərvət ruhun zənginliyi, daxilən heç nəyə ehtiyac duymamaq və tamahı, hərisliyi öldürməkdir.