Biz niyə xoşbəxt deyilik? Ya da nədir xoşbəxtlik? Özünü bədbəxt hesab edənlərdə çatışmayan nədir ?İnsanı öyrənən elmlərin, mütəfəkkirlərin əsrlər boyu cavab axtardığı bu suallar, təəssüf ki, bir çoxlarını ekzistensial krizə sövq edir və ağır nəticələr də kifayət qədərdir. Bir daha təəssüflər olsun ki, medya tərəfindən bu acı nəticələr təbliğ olunur, bir çox boşluqda olan insan istədiyi üçün deyil demonstrasiya səbəbindən eyni nəticələri təkrarlayır. Avstraliyalı nevroloq və psixoqnalitik Z. Freyd qeyd edirdi ki, yaradılış planında insanın xoşbəxt olması yoxdur. Freydlə tam razılaşmaq olmur, amma yüz faizli inkar da mümkün deyil. İş orasındadı ki, insan övladı nankordu, o hər zaman ən yaxşısını istəyir, kiçik xoşbəxtliklərin fərqində deyil. Sadəcə sevginin, sevməyin fərqinə varsaq Dünya daha da gözəl, bəlkə də, ən gözəl yer olar. Əlbəttə, söhbət geniş miqyasda sevgidən gedir; valideyn, insanlıq, tanrı, əks-cins və s.sevgisi. Erich Frommun "Sevmək Sənəti" kitabından sonra, bu mövzuda həmyerlimiz Ceylan Mumoğlunun da "Sev və inan" kitabını oxumaq çox maraqlı oldu. Ceylan xanımın bütün yazılarında olduğu kimi, bu kitabında da fərqindəlik, yüksək şüur səviyyəsinə çatmaq məsələsi kitabın ana xəttini təşkil edir. Kitab motivasiya və fərdi inkişaf janrında yazılmasına baxmayaraq, yazıçı oxucusu ilə əvvəldən şərt kəsir: bu kitab sevginin fərqinə varman və yüksək şüur halına çatman üçün bilgilərlə zəngindir, amma unutma ki, nə qədər ki, şəxsi psixoloji problemlərini həll etməmisən bu bilgilər və texnikalar effekt göstərməyəcək. "Sev və inan"da ən çox bəyəndiyim məsələlərdən biri də bu oldu elə. Demək olar ki, indiyə kimi oxuduğum bütün fərdi inkişaf kitablarında bu məsələ unudulurdu. Necə deyərlər, Ceylan Mumoğlu fərqliliyi
Kitab 6 hissə, 98 səhifə olmasına baxmayaraq əhatə