Dostoyevskinin özünün də ən sevimli romanı olan "İdiot" əsərinin ideyası yazıçı xaricdə (Almaniya və İsveçrə) yaşayarkən yaranmışdı. İlk əlyazmaya 1867-ci iləd başlayıb, bir hissəsini İtaliyada yazmağa davam edib, 1869-cu ildə isə Florensiyada tamamlayıb. Həmin illərdə Dostoyevskini Qərbi Avropaya səfər etməyə vadar edən nə idi? Xəstəliyindən şikayət edirdi, Peterburqda artıq tez-tez təkrarlalan epilepsiya tutmaları onu bezdirmişdi. Bununla yanaşı borclu olduğu adamlardan gizlənmək üçün xaricə getmək onu bir qədər sakitləşdirəcəyini düşünmüşdü. O ərəfədə yazıçı həm də özündən yaşca kiçik qadınla evlənir. Səfər xərclərini ödəmək üçün M. Katkovdan roman yazacağı sözü ilə min manat borc alır. Xaricdə olduğu dövrdə epilepsiya tutmaları kəsilmir, pul azalmağa başlayır. Dostoyevski bəzən borclarını bağlamaq düşüncəsiylə qumar oynayır, bəzən də oyun ehtirasına qapılıb, daha da irəli gedir, özünü tamamilə oyuna həsr edirdi. O ərəfədə Sofya adlı qızı da dünyaya gəlir, ancaq uşaq çox yaşamır və Cenevrə şəhərində dəfn olunur.
Belə situasiyada Dostoyevksi xilas yolu axtarmağa başlayır. Roman yazmaq onun üçün yeganə xilas yoluna çevrilir. 1867-ci ildə A. Maykova məktubda yazırdı ki: " İndi Cenevrədəyəm, başımda roman ideyası var. Əgər Allah kömək olsa, böyük və yaxşı bir iş alınacaq. Bu romanı çox sevdim və böyük həyəcan və zövqlə yazacağam". Beləliklə, əsərin yazılması tarixindən məlumdur ki, uşağın doğulması və ölməsi hadisəsinə görə uzun fasilə verməklə yazıçı roman üzərində dayanmadan işləyib.
A. Maykova başqa məktubunda Dostoyevski romanın ideyası barədə düşüncələrini yazıb: "Çoxdan bir fikir məni narahat edirdi, ancaq mən onu romana çevirməkdən qorxurdum. Çünki fikir çox çətindir və ona hələ hazır deyiləm, amma çox aydındır və onu sevirəm. İdeya budur - tamamilə gözəl bir