“İki şəhərin hekayəti” əsəri 15 roman, hekayə və oçerklərin müəllifi, böyük ingilis yazıçısı Ç.Dikkensin şah əsəridir. Əsər 1859-cu ildə yazılıb, romanın əsas mövzusu Böyük Fransa inqilabıdır. Roman üç kitabdan ibarətdir, iki şəhərdən Paris və Londondan bəhs edir. Mexaniki olaraq əsər iki ölkə arasında hardasa bərabər şəkildə bölünmüşdür. 45 hissədən ikisi İngiltərə və Fransadakı hadisələrin paralelliyini nəql edir, 19 hissəsi İngiltərədə, 24 hissəsi isə Fransada keçir. Ümumilkdə, roman daha geniş bir dövrü, 1757-1794-cü illəri əhatə edir.
Ədəbiyyatşünaslar içərisində romanı "tarixi eşq hekayəsi" adlandıranlar da var. Çünki əsərin süjeti elə qurulub ki, tarixi hadisələr axarında həm də fiziki görünüşünə görə bir-birinə hədsiz bənzəyən iki gəncin (biri fransız, digəri ingilis) Bastiliya məhbusu olmuş həkim Manettin gözəl qızı Lusianı sevmələri hekayəsi də var. Çarlz Darnay ailəsiylə bağları qoparıb İngiltərədə yerləşən aristokrat ailəyə mənsub fransızdır. Sidney Kartonsa həyatdan heç bir gözləntisi olmayan, məsuliyyət hissindən uzaq, tənbəl, alkaqolik, heç kimi vecinə almayan, xoşbəxtliyini tapa bilməyən bir vəkil kimi təsvir edilir. Xarakterləri baxımından bir-birinə tamamən zidd olan bu gənclər eyni qadına aşiq olurlar. Lakin Karton romanın sonunda sevgisini tamam başqa şəkildə bildirir. Həyatında tapa bilmədiyi xoşbəxtliyi məhz fədakarlıq edərək, özünə ölümsüzlük qazandıraraq əldə edir. Yəqin ki, Kartonun sevgisinə platonik eşq deyə bilərik. Çünki Lusiaya hardasa sitayiş edən Karton ona heç vaxt sahib olmamışdır. Roman xristian paradoksuyla bitir. Həyat ölümlə qazanılır. Fədakarlığın mükafatı olaraq Kartona cənnət bəxş edilir.
Bu yerə qədər əksər oxucuların yazacağı təssüratları oxudunuz, çünki əsərdə ən təsir edən səhnə məhz fədakarlıq səhnəsidir. Keçən aylarda