Ceylan Mumoğlu

Ceylan Mumoğlu
@CeylanMumoglu
Ancak Birlik hali ve ayrılık hali Bir ve aynı olduğunda, bu Birliktir. instagram @mumogluceylan
Yazar - https://1000kitap.com/yazar/ceylan-mumoglu/kitaplar
Yüksek okul
İstanbul
Azerbaycan
476 okur puanı
Mayıs 2016 tarihinde katıldı

Muxtar Haşim

, bir kitap okudu
Puan vermedi·316 syf.·
Beğendi
·
5 günde okudu
·
2018 6. kitabı
Ceylan Mumoğlu
9.5/10 · 10 okunma
Ceylan Mumoğlu
Xoş mütaliələr :)
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
6/10
·115 syf.··
2018 50. kitabı
·
28 saatte okudu
·
Okunma: 11 Temmuz 2018 17:03
Kitabı oxuyub bitirdikdən sonra, dedim ki, əcaba mən də dünyanı öz gözümdən yazsam, nə etsəm? Daha doğrusu, bunu mənə dedirdən kitabın ilhamverici gücü oldu. Yaşadığımız dünyaya min ildə bir gələn Eynşteyn kimi dahinin insanlara bəxş etdiyi elmi töhfələrdən başqa, həm də hikmətli nəsihətləri, qəlbə təsir edən səmimi etirafları, pozitivliyi, şübhələri, əminlikləri, sevgisi, arzusu, barışa olan tutqusu, nəhayət, təəccübləndirən o saf uşaq təbiəti ilhamverici olmaya bilməz. Doğrudur, bəzi məqamlarda üzüldüyüm sətirləri də oxudum. Dini inanc barədə tərəddüddə qalması, gah nala, gah mıxa vurması, kosmik ruh anlayışına çatıb, orda dayanmasına heyrətləndim. Bir şeydə haqlıdır: "Dinsiz elm kor, elmsiz din isə topaldır". Bu yerdə Yuval Hararinin dinin və elmin bir-birinə lazım olması haqqında yazdığı abzasları xatırladım (Homo Deus). Bundan əlavə yəhudi məsələsinə hədsiz emosional yanaşması da nəzərimdən qaçmadı. Ancaq bütövlükdə Eynşteynin bütün insanlığı barışa, tərəqqiyə, daima təhsil almaq, dünyamızdakı sirləri öyrənmək, dünyagörüşümüzü artırmağa səsləməsi dahinin sülh dolu bir dünya arzulamasından xəbər verir. Ən maraqlı məqamlardan birini qeyd edim. Mətn o qədər sadə dildə yazılıb ki, sanki yaxın bir dostunla söhbət edirmişəm kimi təəssürat yaratdı məndə. Deyəsən, dahinin belə bir fikri vardı: "Bir suala cavabı sadə dildə izah edə bilmirsənsə, o məsələni tam anlamamısan demək". Eynşteynə görə hər kəs dahi olmağa qadir gücə sahibdir. Sadəcə, "Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır", "Dahiliyim çox ağıllı olduğuma görə yox, sadəcə problemlərin həllinə çox vaxt sərf etməyimdədir". Bizlərə də bu cür əzmkar dahilərdən gücümüzün yetdiyi qədər öyrənmək və həyata tətbiq etmək düşər. @mumogluceylan
Benim Gözümden DünyaAlbert Einstein · Alfa Yayıncılık · 20201,790 okunma
Mustafa Diyar isimli okura yanıt verildi
Ceylan Mumoğlu
Teşekkürler :)
6/10
·464 syf.··
2018 40. kitabı
·
27 saatte okudu
·
Okunma: 12 Haziran 2018 18:35
“İki şəhərin hekayəti” əsəri 15 roman, hekayə və oçerklərin müəllifi, böyük ingilis yazıçısı Ç.Dikkensin şah əsəridir. Əsər 1859-cu ildə yazılıb, romanın əsas mövzusu Böyük Fransa inqilabıdır. Roman üç kitabdan ibarətdir, iki şəhərdən Paris və Londondan bəhs edir. Mexaniki olaraq əsər iki ölkə arasında hardasa bərabər şəkildə bölünmüşdür. 45 hissədən ikisi İngiltərə və Fransadakı hadisələrin paralelliyini nəql edir, 19 hissəsi İngiltərədə, 24 hissəsi isə Fransada keçir. Ümumilkdə, roman daha geniş bir dövrü, 1757-1794-cü illəri əhatə edir. Ədəbiyyatşünaslar içərisində romanı "tarixi eşq hekayəsi" adlandıranlar da var. Çünki əsərin süjeti elə qurulub ki, tarixi hadisələr axarında həm də fiziki görünüşünə görə bir-birinə hədsiz bənzəyən iki gəncin (biri fransız, digəri ingilis) Bastiliya məhbusu olmuş həkim Manettin gözəl qızı Lusianı sevmələri hekayəsi də var. Çarlz Darnay ailəsiylə bağları qoparıb İngiltərədə yerləşən aristokrat ailəyə mənsub fransızdır. Sidney Kartonsa həyatdan heç bir gözləntisi olmayan, məsuliyyət hissindən uzaq, tənbəl, alkaqolik, heç kimi vecinə almayan, xoşbəxtliyini tapa bilməyən bir vəkil kimi təsvir edilir. Xarakterləri baxımından bir-birinə tamamən zidd olan bu gənclər eyni qadına aşiq olurlar. Lakin Karton romanın sonunda sevgisini tamam başqa şəkildə bildirir. Həyatında tapa bilmədiyi xoşbəxtliyi məhz fədakarlıq edərək, özünə ölümsüzlük qazandıraraq əldə edir. Yəqin ki, Kartonun sevgisinə platonik eşq deyə bilərik. Çünki Lusiaya hardasa sitayiş edən Karton ona heç vaxt sahib olmamışdır. Roman xristian paradoksuyla bitir. Həyat ölümlə qazanılır. Fədakarlığın mükafatı olaraq Kartona cənnət bəxş edilir. Bu yerə qədər əksər oxucuların yazacağı təssüratları oxudunuz, çünki əsərdə ən təsir edən səhnə məhz fədakarlıq səhnəsidir. Keçən aylarda
İki Şehrin HikâyesiCharles Dickens · Can Yayınları · 202376,7bin okunma
Mustafa Diyar isimli okura yanıt verildi
Ceylan Mumoğlu
Ben teşekkür ederim. :)
7/10
·382 syf.··
2018 44. kitabı
·
3 günde okudu
·
Okunma: 26 Haziran 2018 00:38
Modern türk ədəbiyyatında həyatdakı mənfiliklərə, ictimai quruluşa, yaxud bir şəxsə qarşı yönəldilmiş istehzalı, kəskin, acı, kinayəli baxış mövzusundan bəhs etdikdə ağla ilk gələn yazıçı Əhməd Həmdi Tapınar olur. İnsan və cəmiyyət ptoblemi daima yazıçını düşündürən məsələlərdən başlıcası olub. Düşüncələri bir neçə əsərində özünə yer tapıb. Onlardan biri də 1947-49-cu illərdə əvvəlcə "Yeni İstanbul" qəzetinin saylarında, 1961-ci il yazıçının ölümündən bir neçə ay əvvəl kitab halında nəşr olunmuş “Saatları qurma institutu” romanıdır. Tanpınar bu romanında türk cəmiyyətinin təxmini iki yüz illik dövrünü əhatə edib. Ədəbiyyatşünaslara görə, hadisələr Hayri İrdalın timsalında əlli illik zaman kəsiyinə sıxışdırılsa da, əslində çöx böyük tarixi dövrü əhatə etməkdədir. Birinci hissə Tənzimatdan əvvəlki dövrü, ikinci hissə Tənzimat dövrünü, üç və dördüncü hissə Cümhuriyyət dövrünün başlaması və davamını göstərir. Yazıçı müxtəlif dövrlərdə yaşamış nəsilləri və türk cəmiyyətində yaşanan sıxıntıları bir zaman tuneli mənzərəsində təqdim etməyə çalışıb. Əhməd Həmdi Tanpınar son romanı “Saatları qurma institutu” fərddən başlayıb kütləyəcən cəmiyyətin dəyişmə prosesindəki vəziyyətini oxucuya böyük ustalıqla, obyektiv baxış bucağıyla çatdırmağa çalışıb. Düşünürəm ki, həmin dövrdə 1942-46-cı illərdə yazıçının Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilməsi də yazıçının cəmiyyəti daha yaxından müşahidə etməsində böyük rol oynamışdı. Romanı oxuduqda müəllifin geniş bilik deposunun və təcrübələrinin məhsulu olmasını hiss etmək mümkündür. Yazıldığı tarixdən xeyli müddət keçsə də, əsərin mövzusu hələ də aktualdır. Ə. H. Tanpınar fərdin və cəmiyyətin həyatındakı absurdlar və çatışmazlıqlarla təşkilatların fəaliyyətindəki axsaqlıqları kəskin tənqid atəşinə tutmaqla kifayətlənmir, həm
Saatleri Ayarlama EnstitüsüAhmet Hamdi Tanpınar · Dergah Yayınları · 202353,1bin okunma
ahmet er isimli okura yanıt verildi
Ceylan Mumoğlu
Teşekkür ederim. Tanpınardan okuduğum ilk roman oldu. Huzuru da okuyacağım.