Ceylan Mumoğlu

Ceylan Mumoğlu
@CeylanMumoglu
Ancak Birlik hali ve ayrılık hali Bir ve aynı olduğunda, bu Birliktir. instagram @mumogluceylan
Yazar - https://1000kitap.com/yazar/ceylan-mumoglu/kitaplar
Yüksek okul
İstanbul
Azerbaycan
476 okur puanı
Mayıs 2016 tarihinde katıldı
8/10
·336 syf.··
2020 46. kitabı
·
11 günde okudu
·
Okunma: 05 Temmuz 2020 21:03
Milan Kunderaya dünya şöhrəti gətirən "Varlığın dözülməz yüngüllüyü" həyatımın ən yaxşı romanı deyə biləcəyim bir əsərdir. Kundera bütün əsərlərində, o cümlədən bu romanında da özünün həyata keçməyən arzularını qələmə alıb və sözdən sirli-sehrli, əfsunlu bir dünya yaradıb. Onun bənzərsiz üslubu və yazı manerası məni valeh elədi. Cümlənin biri bitməmiş o birinin həniri gəlir, kitabı əlindən yerə qoymaq istəmirsən, səhifələr çevrildikcə sona yaxınlaşdığına heyifsilənirsən. Bir ömür boyunca elə bu kitabı oxumaq istəyirsən. Amma neyləyəsən ki, əvvəl varsa, son da var. Bu roman həm də onun tərcümeyi halıdır. Tomaş elə sovet qoşunlarının Praqaya girməsindən sonra işdən qovulan, partiyadan xaric edilən yazıçının özüdür. Bu əsər "Praqa baharı"nın övladıdır. Tomaş da, Tereza da, Səbinə də bu məğlubiyyətin qurbanlarıdırlar. Tomaş ixtisasca həkimdir, ölkəsi işğal olunandan sonra isə hansısa firmada pəncərəsilən işləyir, sifarişlə evlərə gedir. Onun həyatındakı qadınlar da bu məğlubiyyətin ortağıdırlar. Tomaşın Terezanın əylənməsi üçün evə gətirdiyi itin - Kareninin ölümü də bu varoluşun yüngüllüyünə dözülməz bir ağırlıq əlavə edir. Yazının devamı: ceylanmumoglu.com/article/milan-k...
Edebiyat
Varolmanın Dayanılmaz HafifliğiMilan Kundera · Can Yayınları · 202413,2bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!

Ceylan Mumoğlu

, bir kitap okudu
8/10
·336 syf.··
11 günde okudu
·
2020 46. kitabı
Milan Kundera
7.6/10 · 13,2bin okunma
"Kim digərinin mərhəmətinə təslim olursa, əsir düşən əsgər kimi olur, silahını güclünün önünə atmalıdır. Onun zərbəyə qarşı heç bir müdafiəsi yoxdursa, onda heç olmasa, bu zərbənin nə vaxt vurulacağını soruşmaqdan özünü saxlamalıdır. Bax, buna görə də demək olar: Frans üçün sevgi daim zərbə gözləmək idi".
Sayfa 106 - Qanun·Kitabı okudu
Edebiyat
"Qadın doğulduğun üçün üsyan eləmək, onunla lovğalanmaq qədər mənasızdır".
Sayfa 115 - Qanun·Kitabı okudu
Edebiyat
Kitab Tereza üçün gizli qardaşlığın tanınma əlaməti idi. Onu əhatə eləyən dünyanın kobudluğuna qarşı yeganə bir silahı var idi: şəhər kitabxanasından götürdüyü kitablar, xüsusilə də romanlar. Qız saysız-hesabsız kitab oxuyurdu, Fildinqdən tutmuş Tomas Manna qədər. Kitablar onu təmin eləməyən həyatdan xəyali olaraq, qaçmağa imkan verirdi, bundan əlavə onun üçün əhəmiyyəti də var idi, kitabı qoltuğunda saxlayaraq küçələri gəzməyi sevirdi.
Sayfa 62 - Qanun·Kitabı okudu
Edebiyat