İçində böyüdüyüm dünya ilə, bu gün içində yaşadığım dünya və bunların ikisi arasındakı dünya mənim anlayışıma görə tamamilə fərqli dünyalara çevrilib, get-gedə bir-birindən ayrılırdılar.
Onda sadəlövcəsinə iki cəhət vardı: o, bir tərəfdən uşaq idi, bir tərəfdən də düşünən, mühakimə yürüdən bir qadın. Siz başa düşməyə başlayırdınız ki, bu gözəlliyin bütün mənasını çox da elə tezliklə dərk etmək olmaz, hər bir adi, laqeyd bir adam bunun hamısını birdən görə bilməz.
Yalnız sevmək azdır; sevgi işdə göstərilir. Deyirsən ki : “Əziyyət də çəksən, mənimlə bir yerdə yaşa!”.
Ümumi məhəbbətdən danışasan, bəşəri məsələlərdən dəm vurasan, eyni zamanda, məhəbbətə qarşı cinayət işləyəsən, bunu görməyəsən- bu axı necə olur?
Sizin bütün kübar cəmiyyətinizdən də heç eşitməmişəm. Sizdə,əksinədir, bütün belə şeyləri gizlədirlər, hər şeyi yerə endirirlər, çalışırlar ki, bütün boylar, bütün burunlar mütləq bir ölçüdə olsun, bir qayda-qanuna tabe olsun, guya, bu, mümkün olan şeydir!